mobil versiya

"Sepah" Pakistandakı hədəflərə raket zərbəsi endirib



İran İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”, İran Silahlı Qüvvələrinə daxildir) “Ceyş əl-Ədl” qruplaşmasının Pakistandakı qərargahlarına zərbələr endirib.
Yerli media xəbər verir ki, zərbələr raket və dronlar vasitəsilə vurulub. Bununla “Sepah” ilk dəfə Pakistan ərazisini vurmuş olub.
Zərbələr Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisində endirilib, belə ki orada təşkilatın əsas qərargahlarından biri yerləşirdi.

KARUSEL / DÜNYA
Tarix: 16-01-2024, 22:12