mobil versiya

İrandan İraqa raket zərbəsi endirib





İslam İnqilabı Keşikçiləri Korpusu İraqın şimalında kürdlərin cəmləşdiyi yerlərə yenidən raket zərbələri endirib.
Qafqaz.media xarici KİV-lərə istinadən xəbər verir ki, paralel olaraq dron hücumları da həyata keçirilib.
Kürd mənbələri azı bir nəfərin öldüyünü, bir neçə nəfərin yaralandığını bildirir.
Süleymaniyyə Kürd Regional Administrasiyasının səhiyyə naziri Saman Bərzanci ölənlərin sayının artacağını istisna etməyib.
Bazar ertəsi günü hücuma məruz qalan sürgündəki qruplardan biri olan İran Kürd Demokratik Partiyasının təhlükəsizlik rəsmisi itkilərin olduğunu təsdiqləsə də, daha ətraflı məlumat verməyib. Xatırladaq ki, 1979-cu ildə İslam İnqilabından sonra onun partiyası İran hökumətinə qarşı üsyançı fəaliyyətlər həyata keçirib.



İran İraqın şimalında kürd separatçı qrupların mövqelərinə yeni zərbələr endirdiyini təsdiqləyib. “İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraq Kürdüstanında ölkənin qərb sərhədləri yaxınlığında fəaliyyət göstərən terrorçu qrupların yerləşdiyi yerlərə hücum edib. İran İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunları separatçıların mövqelərini çoxsaylı raket sistemləri, dəqiq silahlar və pilotsuz uçuş aparatlarından istifadə edərək atəşə tutublar”, - deyə “Fars” xəbər agentliyi bildirir.
Qafqaz.media





HADİSƏ
Tarix: 15-11-2022, 09:30