mobil versiya

Ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 9 nəfər xilas edilib



Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 22 halda yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunub.
Ümumilikdə, nazirliyin qüvvələri tərəfindən ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 9 nəfər xilas edilib, 1 nəfərin cəsədi aidiyyəti üzrə təhvil verilib.


KARUSEL / CƏMİYYƏT
Tarix: 20-05-2024, 10:39