Keşiş Baqrat Kanada vətəndaşı çıxdı - Özü də etiraf etdi
Qazaxın işğal edilmiş 4 kəndinin Azərbaycana qaytarılmasına qarşı etiraz aksiyasına başçılıq edən Tavuş yeparxiyasının rəhbəri, uzun müddət ekstremist çağırışları ilə tanınan arxiyepiskop Baqrat Qalstanyanın ikili vətəndaşlığı üzə çıxıb.
Ermənistan mətbuatında yayılan məlumata görə, Qalstanyan Ermənistan pasportu ilə yanaşı, Kanada pasportu da daşıyır.
Jurnalistlərə açıqalmasında Baqrat özü də bunu etiraf edib və bildirib ki, bunu heç vaxt gizlətməyib.
Bununla yanaşı, ikili vətəndaşlığının olması onun hər hansı dövlət vəzifəsini tutmasını mümkünsüz edir. Ən əsası isə hakimiyyətyönlü mətbuatın yazdığı kimi, “Ermənistan torpaqları üçün can yandıran” keşişin digər ölkənin vətəndaşlığından imtina etməməsi onun “vətənə bağlılıq dərəcəsini” əks etdirir.
Digər yandan, erməni mətbuatı Baqratın Robert Koçaryanla görüşdüyünü və onun göstərişi ilə hərəkət etdiyini yazır.(“AzPolitika.info”)
KARUSEL / DÜNYA
Tarix: 10-05-2024, 15:57