İyunun sonunadək Şuşada “ASAN xidmət” mərkəzi açılacaq
İyunun sonunadək Şuşada “ASAN xidmət” mərkəzi açılacaq.
Bunu bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Şuşadakı “ASAN xidmət” mərkəzinin xidmətlərindən həm Şuşa, həm də Xankəndi sakinləri istifadə edə biləcək.
“Ümumilikdə azad olunmuş ərazilərdə, Ağdam, Cəbrayıl, Laçın və Şuşa olmaqla, 4 regional “ASAN xidmət” mərkəzi fəaliyyət göstərəcək”, – sədr əlavə edib.
KARUSEL / ÖLKƏ
Tarix: 10-05-2024, 13:30