mobil versiya

Bu il Şuşadakı mərkəz fəaliyyətə başlayacaq



Hazırda Şuşada "ASAN xidmət" mərkəzinin yaradılması ilə bağlı işlər gedir.
Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
"Bu il Şuşadakı mərkəz fəaliyyətə başlayacaq. Gələcək illərdə Ağdam, Cəbrayıl, Laçın şəhərlərində regional ASAN xidmət mərkəzləri fəaliyyət göstərəcək".
KARUSEL / ÖLKƏ
Tarix: 20-01-2024, 12:32