Uqandada “ASAN xidmət” konsepsiyası əsasında ilk mərkəz açılıb
Uqandanın Hoima şəhərində ASAN Xidmət modeli əsasında fəaliyyət göstərəcək Dövlət Xidmətləri Mərkəzinin açılışı baş tutub.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev FB səhifəsində məlumat verib.
Mərasimdə nümayəndə heyəti və Uqandanın dövlət xidmətləri naziri Vilson Muruli Mukasa ilə birgə iştirak edib. Azərbaycan və Uqanda bayraqlarının ucaldıldığı tədbirdə öncə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Uqandalı nazir Azərbaycan Prezidentinə və Dövlət Agentliyinə ölkəsində xidmət mərkəzlərinin yaradılmasına verdiyi dəstəyə görə təşəkkür edib. Eyni zamanda “ASAN xidmət” modeli əsasında fəaliyyət göstərəcək yeni xidmət mərkəzinin Afrikada yerləşən digər ölkələrə də nümunə olacağını qeyd edib: "Öz növbəmizdə bu əlamətdar hadisə münasibətilə Uqanda tərəfinə təbriklərimizi çatdırdıq və bundan sonra da “ASAN xidmət”in dövlət xidmətlərinin təkmilləşdirilməsində dəstəyini ifadə etdik".
Ardınca Mərkəzin inzibati binasının qarşısında xatirə lövhəsi yerləşdirdi və burada fəaliyyət göstərəcək xidmətlərlə tanışlıq baş tutdu.
Uqandanın ilk regional xidmət mərkəzi olan Dövlət Xidmətləri Mərkəzində 14 dövlət qurumunun 30-dan çox xidməti həyata keçiriləcək.
Tədbir çərçivəsində uqandalı nazirə “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalını da təqdim etdik.
Uqandaya səfərimiz çərçivəsində bu ölkənin Prezidenti Yoveri Kaquta Museveni tərəfindən qəbul edildik, həmçinin bir sıra nazirliklərdə, qurumlarda işgüzar görüşlər keçirdik. Görüşlərdə hər iki ölkə arasındakı münasibətlərin dərinləşdirlməsi, müvafiq sahələr üzrə əməkdaşlığın inkişaf istiqamətində müzakirələr apardıq.
21 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Uqanda Respublikasının Dövlət Xidmətləri Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Memorandumun məqsədi Uqanda Respublikasında dövlət xidmətlərinin göstərilməsi sisteminin təkmilləşdirilməsi, bu sahədə idarəetmə bacarıqlarının artırılmasıdır.
Hazırda "ASAN xidmət" təcrübəsinin paylaşılması istiqamətində 20 dən çox ölkə ilə əməkdaşlığımız davam edir.
KARUSEL / SİYASƏT
Tarix: 31-07-2023, 11:48