mobil versiya

Yasamaldakı “ASAN Xidmət” mərkəzi təmirlə əlaqədar bağlanır



Bakı şəhərində yerləşən 3 saylı (Yasamal rayonu) “ASAN xidmət” mərkəzi zəruri təmir-bərpa işləri ilə əlaqədar 1 mart tarixindən bir ay müddətinə bağlanacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, vətəndaşlar qeyd olunan tarixdən Bakı şəhərində yerləşən digər “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.
Hazır sənədlərini 3 saylı “ASAN xidmət” mərkəzindən əldə etməli olan vətəndaşlardan 2024-cü il martın 1-dən etibarən 7 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət etmələrini xahiş edilir.
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 83.
“ASAN xidmət” mərkəzlərinin ünvanları barədə ətraflı məlumatı https://asan.gov.az/service-centers/asan-xidmetler keçidi və ya 108 Çağrı Mərkəzi vasitəsilə əldə etmək olar.



KARUSEL / CƏMİYYƏT
Tarix: 28-02-2024, 10:38