Seçicilər səs verəcəkləri məntəqələri "ASAN xidmət"də öyrənə biləcək
Seçicilər ölkə üzrə bütün "ASAN xidmət" mərkəzlərində seçici statusunu yoxlaya biləcəklər.
Bununla bağlı "ASAN xidmət" mərkəzlərindəki "ASAN növbə" terminallarında "Seçici statusunu yoxla" adlı xüsusi bölmə yaradılıb.
Belə ki, vətəndaşlar şəxsiyyət vəsiqələrini qeyd olunan yerdə oxudaraq, adlarını seçici siyahısında yoxlaya və hansı seçki məntəqəsində səs verməli olduqlarını öyrənə bilərlər.
Həmçinin, qeydiyyat üzrə seçki dairəsi və məntəqəsi, səs veriləcək seçki məntəqəsinin ünvanı haqqında məlumatları əldə etmək mümkündür.
Əgər məlumatlar sistemdə əks olunmazsa açılmış ekranda əlaqə məlumatlarını yazmaqla Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etmək imkanı da yaradılıb.
Sözügüdən innovativ həll MSK və “ASAN xidmət”in birgə layihəsi çərçivəsində reallaşdırılıb.
Qeyd edək ki, gün ərzində “ASAN xidmət”ə 40 000-ə yaxın vətəndaş müraciəti daxil olur və vətəndaşlar növbə götürərərkən eyni vaxtda bu sistemdən istifadə etməklə harada səs verməli olduqlarını operativ şəkildə dəqiqləşdirə bilərlər.(report)
KARUSEL / SİYASƏT
Tarix: 8-01-2024, 14:21