mobil versiya

Mayın sonuna qədər seçicilərin dəqiq siyahısı müəyyən ediləcək



“Seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı bütün seçki dairələrindən məlumatlar müəyyən edilmiş vaxt çərçivəsində Mərkəzi Seçki Komissiyasına təqdim edilib”.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, hazırda təqdim edilmiş sənədlər yoxlanılır və may ayının sonuna qədər seçicilərin dəqiq siyahısı müəyyən ediləcək.
Qeyd edək ki, Azərbaycanda hər ilin yanvar ayından seçici siyahılarının dəqiləşdirilməsi prosesi həyata keçirilir.

KARUSEL / SİYASƏT
Tarix: 12-04-2023, 17:07