Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu BƏƏ-də “Sülh Qalxanı – 2026”-da iştirak edəcək

Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq “Sülh Qalxanı – 2026” adlı birgə əməliyyat-taktiki təlimində iştirak etmək üçün Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu həmin ölkəyə yola salınıb.
Müdafiə Nazirliyinin məlumatına görə, təlimin əsas məqsədi iştirakçı dövlətlərin hərbi kontingentinin antiterror əməliyyatları üzrə peşə bacarıqlarını təkmilləşdirmək, davamlı sülhün təmin olunmasına töhfə vermək və qarşılıqlı təcrübə mübadiləsi əldə etməkdir.
Qeyd edək ki, “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimi fevralın 2-3-də keçiriləcək.Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 12:17


























