2025-ci ildə Tacikistanın ümumi daxili məhsulu 176,9 milyard somoni təşkil edib

2025-ci ildə Tacikistanın ümumi daxili məhsulu 176,9 milyard somoni təşkil edib və artım tempi 8,4% təşkil edib.
Bu barədə Tacikistan Prezidenti Emoməli Rəhmonun sədrliyi ilə Tacikistan Respublikası Hökumətinin plenar iclasında məlumat verilib.
Qeyd edilib ki, inflyasiya səviyyəsi 2024-cü illə müqayisədə 0,1 faiz bəndi aşağı olmaqla 3,5% təşkil edib.
Vurğulanıb ki, 2025-ci ildə dövlət büdcəsinə 60,3 milyard somoni daxil olub ki, bu da planlaşdırılandan 7 milyard somoni çoxdur.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 17:21


























