Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 4,2 milyard manatı ötüb

2025-ci ildə xarici maliyyə mənbələrindən əsas kapitala 4,203 milyard manat məbləğində investisiya yatırılıb.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Məlumata əsasən, bu göstərici 2024-cü illə müqayisədə 24 faiz çoxdur.
Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların 3,194 milyard manatı neft-qaz sektoru, 1,009 milyard manatı isə qeyri-neft-qaz sektoru üzrə həyata keçirilib. 2024-cü illə müqayisədə xarici maliyyə mənbələrindən Azərbaycanın neft-qaz sektoru üzrə əsas kapitalına yönəldilmiş investisiyaların həcmi 10,8 faiz, qeyri-neft-qaz sektoru üzrə isə 2 dəfəyə yaxın artıb.
Qeyd edək ki, 2025-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 21,226 milyon manat və ya 2024-cü illə müqayisədə 5,6 faiz az investisiya yönəldilib.
Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 10,3 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 3,9 faiz azalıb. Ümumi sərmayənin 10,97 milyard manatı və ya 51,7 faizi məhsul istehsalı sahələrinin, 7,180 milyard manatı (33,8 faizi) xidmət sahələrinin, 3,074 milyard manatı (14,5 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb.
Ümumi sərmayənin 53,2 faizi dövlət, 46,8 faizi qeyridövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 75,5 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 80,2 faizini təşkil edib.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 16:17


























