Yanvar-mart aylarında əsas kapitala yönəldilən vəsait açıqlanıb
Yanvar-mart aylarında əsas kapitala 3523,1 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 40,3 faiz çox vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 23,8 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 51,7 faiz artıb. İstifadə olunmuş vəsaitin 1941,3 milyon manatı və ya 55,1 faizi məhsul istehsalı sahələrinə, 1396,5 milyon manatı (39,6 faizi) xidmət sahələrinə, 185,3 milyon manatı (5,3 faizi) isə yaşayış evlərinin tikintisinə sərf edilib.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 2577,3 milyon manatını və ya 73,2 faizini daxili vəsaitlər təşkil edib. Vəsaitlərin 2517,5 milyon manatı və ya 71,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 45,8 faiz, büdcə vəsaitləri 39 faiz, əhalinin şəxsi vəsaitləri 6,4 faiz, bank kreditləri 4,1 faiz, sair vəsaitlər isə 4,7 faiz təşkil edib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 14-04-2023, 15:48