mobil versiya

Yanvar-avqustda əsas kapitala 10 milyard 864,8 milyon manat vəsait yönəldilib


Bu ilin yanvar-avqust aylarında əsas kapitala 10 milyard 864,8 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,4 faiz çox vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 12,2 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 17,1 faiz artıb. İstifadə olunmuş vəsaitin 6 milyard 199,6 milyon manatı və ya 57,1 faizi məhsul istehsalı sahələrinə, 4 milyard 116,1 milyon manatı (37,9 faizi) xidmət sahələrinə, 549,1 milyon manatı (5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 8 milyard 336,5 milyon manatını və ya 76,7 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 7 milyard 928,4 milyon manatı və ya 73 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 46,1 faiz, büdcə vəsaitləri 39,3 faiz, əhalinin şəxsi vəsaitləri 6,5 faiz, bank kreditləri 2,8 faiz, digər vəsaitlər isə 5,3 faiz təşkil edib.


KARUSEL / İQTİSADİYYAT
Tarix: 13-09-2023, 12:32