Kabil və Vaşinqton əsir mübadiləsi ilə bağlı danışıqları davam etdirir - Mücahid

Əfqanıstan İslam Əmirliyi (ƏİƏ) bildirir ki, məhbusların azad edilməsi ilə bağlı ABŞ ilə danışıqlar davam edir, lakin bu günə qədər yekun razılaşma əldə edilməyib.
Məlumata görə, ABŞ-ın Əfqanıstan Sülhü üzrə keçmiş xüsusi nümayəndəsi Zalmay Xəlilzad bu ayın əvvəlində verdiyi müsahibədə iki Amerika vətəndaşının ƏİƏ-nin nəzarətində qaldığını bildirib.
CBS xəbər verir ki, Koloradodan olan 64 yaşlı amerikalı professor Dennis Koylun ƏİƏ təhlükəsizlik qüvvələri tərəfindən Kabildə həbs olunmasından bir il keçir.
The New York Times ƏİƏ-nin baş sözçüsü Zəbihullah Mücahidə istinadən bildirib ki, İslam Əmirliyi iki amerikalı məhbusun müqabilində Quantanamo körfəzində saxlanılan sonuncu əfqan məhbusu Məhəmməd Rəhim Əfqaninin azad edilməsini istəyib.
Məhəmməd Rəhim Əfqanı 2008-ci ildən bəri Quantanamoda saxlanılır və bildirilir ki, ABŞ-da həbsdə olan sonuncu əfqandır. Onun azadlığa buraxılması ilə bağlı xəbərlər 2025-ci ilin sentyabr ayının sonlarında yayılsa da, məsələ hələ də həll olunmayıb.
Mücahid CBS-ə bildirib: “Danışıqlar həqiqətən də baş tutub və davam edir; lakin hər iki tərəf hələ də yekun nəticəyə gəlməyib”.
O əlavə edib: “Əfqanıstan hökuməti ABŞ ilə müzakirələrə sadiq qalır. Onu da qeyd etmək lazımdır ki, əfqanlar ABŞ tərəfindən səhvən saxlanılıb və orada saxlanılmağa davam edirlər. Onların taleyi və ailələrinin əzabları digər saxlanılanların yaşadığı əzabları əks etdirir”.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 13:40


























