Avropa İttifaqı və Hindistan təhlükəsizlik və müdafiə tərəfdaşlığı imzalayıb

Avropa İttifaqı (Aİ) və Hindistan bu gün Nyu Dehlidə təhlükəsizlik və müdafiə tərəfdaşlığı imzalayıb.
Bu barədə Avropa Komissiyası bəyanat yayıb.
Bu, iki tərəf arasında müdafiə və təhlükəsizlik sahəsində ilk sazişdir.
Saziş dəniz təhlükəsizliyi, müdafiə sənayesi və texnologiya, kibertəhlükəsizlik və hibrid təhdidlər, kosmos və terrorizmə qarşı mübarizə kimi sahələrdə əməkdaşlığı gücləndirəcək.
Lderləri, həmçinin, Məlumat Təhlükəsizliyi Müqaviləsi üzrə danışıqların yekunlaşmasını alqışlayıb. Bu müqavilə məxfi məlumat mübadiləsini asanlaşdıracaq və təhlükəsizlik və müdafiə sahələrində daha güclü əməkdaşlığa zəmin yaradacaq.
Qeyd edək ki, tarixi tərəfdaşlıq bu gün Yeni Delhidə keçirilən 16-cı Aİ–Hindistan Zirvə görüşündə rəsmi olaraq təsdiqlənib.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas mətbuatkonfransında deyib ki, Hindistanın Avropa müdafiə təşəbbüslərində iştirakını araşdıracaqlar. Bu gün yeni Aİ-Hindistan Təhlükəsizlik və Müdafiə Tərəfdaşlığı imzalamaq böyük məmnuniyyət idi. Pakt illik təhlükəsizlik və müdafiə dialoquna başlayır, ilk görüş bir aydan sonra keçiriləcək və dəniz təhlükəsizliyi, kiberməsələlər və terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığı dərinləşdirir. Eyni zamanda, Hindistanın Avropa müdafiə təşəbbüslərində iştirakını araşdıracağıq.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 14:31


























