mobil versiya

Yaponiyada bir şirkət uşaq bezi istehsalını dayandırıb



Yaponiyada bir şirkət uşaq bezi istehsalını dayandırıb. 
BBC news xəbər verir ki, buna ölkənin sürətlə yaşlanması və doğuş faizinin aşağı olması səbəb olub. Məsələn, 2023-cü ildə Yaponiyada 758 631 uşaq dünyaya gəlib.
Bu, əvvəlki illə müqayisədə 5.1 faiz azdır. 
Bu rəqəm həmçinin 1970-ci illərdən bəri ən az doğuş rekordudur. O vaxtlar yenidoğulmuşların sayı 2 milyondan çox idi. 
Yaxşı, bəs istehsalı dayandıran şirkətlər boşluğu necə doldurur? Böyüklər üçün bezlə. 
Məhz bu bazar böyüməkdədir və dəyəri 2 milyard dollar keçib. 
Yaponiya hazırda dünyanın ən yaşlı əhalisindən birinə malikdir və əhalinin demək olar ki, 30%-i 65 və daha yuxarı yaşdadır. Ötən il yaşı 80-dən yuxarı olanların nisbəti ilk dəfə olaraq 10%-i ötüb. 
Oji Holdings bildirib ki, Yaponiyadan fərqli olaraq, Malayziya və İndoneziyada uşaq bezi istehsalını olduğu kimi davam etdirəcək, çünki orada artan tələbat var.

MARAQLI / KARUSEL
Tarix: 28-03-2024, 15:18