mobil versiya

İbrahim Borçalı vəfat edən oğlunun görüntülərini paylaşdı - VİDEO




Müğənni İbrahim Borçalı sosial şəbəkədə yeni paylaşım edib.

REPORTYOR.AZ xəbər verir ki, sənətçi “Instagram” hesabında ötən il vəfat edən oğlu Rəhimlə bağlı video yayımlayıb. O “Yaxşı ki bu dünyaya gəlmişdin”qısa şərhini yazaraq, övladının həyatda olarkən lentə alınan görüntülərindən birini paylaşıb.

Qeyd edək ki, ifaçının 21 yaşlı övladı Rəhim ötən ilin iyulun 18-də avtomobil qəzasına düşərək həyatını itirib.


SON XƏBƏR / KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 7-06-2021, 17:30