Kolumbiyada hərbi helikopter qəzaya düşüb

“Associated Press” xəbər verir ki, Rusiya istehsalı olan Mİ-17 helikopteri yerli vaxtla saat 13:50 radələrində qəzaya uğrayıb. Kolumbiya ordusundan verilən açıqlamada helikopterin günortadan sonra baza ilə əlaqəsinin kəsildiyi və daha sonra Bolivar Departamentinin Santa Rosa bələdiyyəsi yaxınlığında qəzaya uğradığı məlum olub.
Kolumbiya prezidenti Qustavo Petro sosial şəbəkədə faciə ilə bağlı təəssüfünü ifadə edərək, hərbçilərin “Gulf Clan” kimi tanınan narkotik qaçaqmalçılığı qrupuna qarşı əməliyyat aparan qoşunların təchizatında iştirak etdiyini bildirib.
KARUSEL / DÜNYA
Tarix: 30-04-2024, 10:23