Bu rayonlarda qaz olmayacaq
Bu gün Bakının Binəqədi, həmçinin, Masallı, Kürdəmir və Yardımlı rayonlarında qaz təchizatında fasilə yaranacaq.
Bu barədə “Azəriqaz” məlumat yayıb.
Bildirilib ki, “Alatava” qazpaylayıcı stansiyasında (QPS) Tbilisi prospekti qaz xəttində, "Kürdəmir” və “Sığırlı” ölçü qovşaqlarından qidalanan orta təzyiqli yeraltı qaz xətlərində, "Ordahal-Yardımlı” yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi və kəmərin 12,4-cü km-də yol keçidində futlyarın yenilənməsi, eləcə də, “Masallı Sənaye” qaz ölçü qovşağı üzərində quraşdırılmış kollektorun girişində tənzimləyici qurğunun quraşdırılması ilə bağlı aprelin 30-da saat 09:00-dan "Kürdəmir” və “Sığırlı”, saat 10:00-dan isə “Masallı Sənaye”, "Əngəvül” ölçü qovşaqlarından və Tbilisi prospekti qaz xəttində qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Binəqədi (M.Ə.Rəsulzadə qəsəbəsinin Koroğlu, Üzeyir Hacıbəyov, Faiq Rüstəmov küçələri) və Masallı rayonlarının bir hissəsinin, Kürdəmir və Yardımlı rayonlarının isə tam olaraq qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
KARUSEL / ÖLKƏ
Tarix: 30-04-2024, 10:04