mobil versiya

Helikopterin havaya qalxdıqdan neçə dəqiqə sonra qəzaya uğradığı AÇIQLANDI




Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopter qəzasının baş vermə vaxtı açıqlanıb.

REPORTYOR.AZ "Oxu.Az"a istinadən xəbər verir ki, bu barədə DSX-nin rəisi, general-polkovnik Elçin Quliyev jurnalistlərə açıqlama verib:

“Baş vermiş hadisə ilə əlaqədar qeyd etmək istərdim ki, bu gün DSX-nin Mİ-17 tipli 20136 bort nömrəli helikoteri təlim məqsədi ilə Səngəçal aerodromundan saat 10:16-da havaya qalxaraq Qaraheybət təlim meydanı istiqamətində hərəkətlənmişdir. Saat 10:36-da təlim meydanında təyin olunmuş meydana eniş edərkən helikopter qəzaya uğramışdır. Qəza nəticəsində 14 hərbi qulluqçumuz həlak olmuş, 2 hərbi qulluqçumuz yaralanmışdır”.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 30-11-2021, 22:00