mobil versiya

Azərbaycanda 15 yaşlı qız geyim əşyalarına görə intihara cəhd edib




Xaçmaz rayonunda intihara cəhd baş verib.

REPORTYOR.AZ "Report"a istinadən xəbər verir ki, hadisə Xanoba kəndində qeydə alınıb.

Kənd sakini, 2006-cı il təvəllüdlü T.Əliyeva gecə saatlarında özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asıb.

Lakin o, anası tərəfindən xilas edilib. T.Əliyeva Təcilli Tibbi Yardımla Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Yaxınlarının sözlərinə görə, 15 yaşlı qızın özünə qəsd etməsinin səbəbi onun istədiyi geyim əşyalarının alınmamasıdır.

Faktla bağlı araşdırma aparılır.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 13-12-2021, 10:00