mobil versiya

Bakıda gənc qadın gecə klubunda özünü bıçaqlayıb




Bakıda intihara cəhd hadisəsi baş verib.

REPORTYOR.AZ "Report"a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Ş.M adlı qadın gecə klublarının birində mübahisə zəminində özünə bıçaq zərbələri endirib.

Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun qarın boşluğunda 3 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Ş.M cərrahi əməliyyat edilib.

Hadisənin təfərrüatı araşdırılır.
SON XƏBƏR / KARUSEL
Tarix: 3-12-2021, 10:00