mobil versiya

Metro ilə əyləncə mərkəzini səhv salan gənclərlə bağlı araşdırma başladı - VİDEO - YENİLƏNİB


Metronun “Bakmil” stansiyasında nalayiq hərəkətlər edən gənclərlə bağlı araşdırma başlayıb.

Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O əlavə edib ki, sözügedən görüntülərlə bağlı Metropolitendə Polis Şöbəsində araşdırma aparılır.


*** 09:34

Bakıda metro stansiyalarının birində xoşagəlməz hadisə baş verib.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Görüntülərdə "Bakmil" metro stansiyasından Nəriman Nərimanov metro stansiyasına hərəkət edən qatarda bir qrup gəncin xoşagəlməz hərəkətlər etməsi öz əksini tapıb.

Əyləncə mərkəzini metro ilə səhv salan gənclər bunu lentə alaraq sosial şəbəkədə yayıblar.



SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 19-01-2022, 16:03