mobil versiya

Bakıda 20 yaşlı gənc özünü metroda yandırmaq istəyib



Bakıda 20 yaşlı gənc özünü metroda yandırmağa cəhd edib.

REPORTYOR.AZ APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün saat 21 radələrində "Gənclik" metro-stansiyasında qatar hərəkət edərkən baş verib.

2001-ci il təvəllüdlü Əlisahib Rüstəmov üzərinə benzin tökərək özünü yandırmaq istəyib. Onun bu cəhdinin qarşısı alınıb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 8-12-2021, 11:40