mobil versiya

Birinci vitse-prezident təbriklərə görə təşəkkür edib




Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “İnstagram” səhifəsində ünvanına gələn təbriklərə görə xalqa təşəkkür edib.

Təşəkkür mətnində deyilir:

"Hörmətli həmvətənlər!

Rusiya Federasiyasının dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif edilməyim münasibətilə təbriklərinizə görə sizə dərin minnətdarlığımı bildirirəm. Rusiyaya rəsmi səfərim zamanı mənə ünvanladığınız xoş, səmimi sözlərə görə sizə təşəkkür edirəm.

Öz fəaliyyətimdə mən daim sizin dəstəyinizi hiss edirəm. Sizin mənə inamınız, xoş münasibətiniz və səmimiyyətlə uğurlar diləməyiniz mənim üçün ən gözəl ilham mənbəyidir.

Çox sağ olun!
Sevgilərlə,
Sizin Mehriban".


SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 26-11-2019, 15:25