mobil versiya

Kobe Brayantın öldüyü helikopter qəzası ilə bağlı səs yazıları yayıldı - FOTO



NBA əfsanəsi Kobe Brayantın 26 yanvar 2020-ci ildə həlak olduğu helikopter qəzasının yeni səs yazıları yayımlanıb.

BAKU.WS xəbər verir ki, Los Ancelesin Xilasetmə Mərkəzi Kobe Brayant və qızı Cannanın öldüyü vertolyot qəzası zamanı 911 təcili yardım xidmətinə gələn səs yazılarını paylaşıb.



 Kobe və qızı da daxil olmaqla, 9 nəfərin həyatını itirdiyi qəzada qəribə vəziyyətin olduğunu görən şəxslər 911-ə məlumat verib.



 Paylaşılan səs yazısında bunlar deyilib: "Təyyarənin səsini eşitdik, ancaq görə bilmədik. Deyəsən, buludların arasında idi. Daha sonra partlayış səsini eşitdik".


 Digər şahidin sözləri isə belə olub: "Helikopter dağa dəydi".


 "Qəza səsini eşitdik, ancaq indi yalnız alov və tüstü görə bilərik". Bu sözləri isə qəza yerinə yaxın olduğunu söyləyən bir şəxs bildirib.



 911-ə gələn və paylaşılan digər səs yazıları bunlardır:



 "Gəzməyə çıxmışdım və birdən helikopterin səsini eşitdim. Duman olduğu üçün helikopteri görə bilmədim. Sonra partlayış səsi eşidildi".



 "Helikopterin yuxarıdan keçdiyini eşitdim. Sadəcə başımızın üstündəydi. Baxdım, amma çox duman olduğu üçün görə bilmədim. Sonra böyük səs-küy yarandı və helikopterin səsi gəlmirdi".



"Los Anceles Leykers" evindəki "Staples Center"də NBA əfsanəsi üçün anım mərasimi keçirilmişdi.



Mərasimdə emosional anlar yaşanıb, Kobenin ölümündən bir gün əvvəl "NBA-da 3-cü ən çox xal yığan" basketbolçu adını qazanan Lebron Ceyms göz yaşlarını saxlaya bilməyib.

SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 5-02-2020, 10:12