mobil versiya

Dünya onu belə xatırlayacaq - VİDEO



"Los Anceles Leykers" klubunun sabiq basketbolçusu Kobi Brayant Los Anceles yaxınlığında vertolyot qəzasında həlak olub.

BAKU.WS BBC-yə istinadən xəbər verir ki, NBA ulduzu ilə birgə 13 yaşlı qızı Canna və göyərtədəki daha 7 nəfər həyatını itirib.

Helikopter Kalabasas şəhəri yaxınlığındakı təpələrdə qəzaya uğrayıb, qəzanın səbəbi hələlik məlum deyil.

Xilasedicilər qəza yerinə, demək olar ki, dərhal gediblər, lakin sağ qalanların olmadığını müəyyən ediblər.

Qeyd edək ki, Brayant "Leykers"in oyunları üçün tez-tez "Newport Beach"dən "Staples Center"ə şəxsi "Sikorsky S-76" helikopteri ilə uçurmuş.
Los-Anceles şerifinin dediyinə görə, helikopterin göyərtəsində 9 nəfər olub, hamısı ölüb.

"Black Mamba" ləqəbi ilə tanınmış Kobi Brayant NBA komandalarından yalnız "Los-Anceles Leykers"in formasını geyib. O, NBA tarixinin ən önəmli basketbolçularından biri olub. Peşəkar karyerası ərzində 5 dəfə NBA çempionu olub. 2016-cı ilin aprelində peşəkar idmandan uzaqlaşmışdı.



KARUSEL / DÜNYA / İDMAN / VİDEOXƏBƏR
Baxılıb: 28 Tarix: 27-01-2020, 15:00


Şərh bildir
yenilə, əgər kod görünmürsə