mobil versiya

Azərbaycan millisi Avropa çempionatında rekord nəticəyə imza atıb




Kişi boksçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında medal sayında yeni rekord vurub.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yığma bu nailiyyətə Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yarışda imza atıb.

Boksçumuz Səidcəmşid Cəfərov (75 kq) Avropa çempionatında yarımfinala vəsiqə qazanmaqla 5-ci medalı təmin edib və millimiz tarixi ilki reallaşdırıb. İndiyədək idmançılarımız analoji yarışlarda 1 dəfəyə ən çox 4 mükafata sahib olmuşdular. 2006-ci ildə Plovdivdə, 7 il sonra Minskdə təmsilçilərimiz 4 dəfə fəxri kürsüyə yüksəlmişdilər. Bu dəfə 5 medalın təmin edilməsi isə Avropa çempionatlarında yeni rekorddur.
Millinin heyətində Cəfərovdan öncə Sübhan Mamedovla (50 kq) Nəbi İsgəndərov (70 kq) finala, Amin Məmmədzadə (55 kq) yarımfinala vəsiqə əldə edib. Məhəmməd Abdullayev (+90 kq) isə bürünc medalı rəsmiləşdirib.
Çempionata sentyabrın 25-də yekun vurulacaq. (Komanda.az)


Reportyor.az 



KARUSEL / İDMAN
Tarix: Bu gün, 15:39