mobil versiya

Azərbaycan sumoçuları Avropa çempionatında 4 medal qazanıb



Azərbaycan sumoçuları Șotlandiyanın Stirlinq şəhərində keçirilmiş Avropa çempionatında 1 qızıl və 3 bürünc medal qazanıblar.

Bu barədə Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasından məlumat verilib.

Cavid Yusifov (115 kq) qızıl, Əmrah Şəfiyev (85 kq və mütləq çəki) iki bürünc mükafata sahib çıxıb. Azərbaycan millisi komanda yarışında da bürünc medal qazanıb.
Bu il sumo üzrə dünya çempionatı ilk dəfə 17-18 oktyabr tarixlərində Bakıda keçiriləcək.

Reportyor.az 





KARUSEL / İDMAN
Tarix: Bu gün, 13:07