mobil versiya

Daha iki boksçumuz Avropa çempionatında yarımfinalına yüksəlib




Azərbaycanın daha iki təmsilçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən boks üzrə U-23 Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb.

Sübhan Mamedov (50 kq) Salvator Attrattivonu (İtaliya) hər 3 raundda məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). O, yarımfinalda Luis Runi (İrlandiya) ilə üz-üzə gələcək.

Səbuhi Əlizadə (+90 kq) də 1/4 final döyüşünü xeyrinə bitirib. Gəncə boks məktəbinin yetirməsi İliya Zinkovskiyə (Ukrayna) ikinci raundda tam üstünlüklə qalib gəlib. Boksçu finala gedən yolda Marko Perkoviçi (Xorvatiya) sınağa çəkəcək.
Beləliklə, Avropa çempionatında yarımfinala yüksələn idmançıların sayı 3-ə yüksəlib. Daha öncə Tağı Nəsibov (60 kq) da bu hüquqa yiyələnib.
Yarımfinala vəsiqə qazanan boksçular özləri üçün azı bürünc medalı da təmin ediblər. Bu mərhələnin görüşləri noyabrın 28-də olacaq.


Reportyor.az

KARUSEL / İDMAN
Tarix: 27-11-2025, 11:01