Yunanıstan səfiri Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbərliyi ilə görüşüb

Yunanıstanın Azərbaycansakı Səfiri xanım Maria Papakonstantinu Azərbaycan Milli Olimpiya Komitəsi ilə, xüsusilə vitse-prezident, Çingiz Hüseynzadə, Baş Katib Azər Əliyev və Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Anar Bağırov ilə görüşüb.
Bu barədə səfirik sosial media hesabında məlumat paylaşıb.
Müzakirə zamanı xüsusilə Yunanıstanın Olimpiya Oyunları və Olimpiya Dəyərləri ilə əbədi əlaqəsi nəzərə alınmaqla, Yunanıstan və Azərbaycan Olimpiya Komitələri arasında mükəmməl əməkdaşlığa diqqət yetirilib.

Hər iki tərəf hər iki ölkənin idman obyektlərində Milli Federasiyaların üzvləri üçün təlim və hazırlıq da daxil olmaqla, ikitərəfli idman əməkdaşlığını əsaslı şəkildə artırmaq üçün birgə işi davam etdirmək barədə razılığa gəliblər.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 14:16


























