mobil versiya

"Dərin savaş" yeni mərhələdə: Kimlər virusu qoruyur və ikinci dalğa niyə başladıldı...



"Dərin güclər"in səhnəarxası savaşında açılan hər bir "atəş"in birbaşa hədəfi məhz günahsız insanlar olur... Dünyanın nə vaxt normal həyata dönəcəyi ilə bağlı ehtimallar isə qətiyyən ümidverici deyil...

Azərbaycanda əsas gündəm mövzusu işğalçı Ermənistanın hərbi təxribatları ilə bağlıdır. Görünən odur ki, bu mövzu hələ uzun müddət əsas gündəm maddəsi olmaqda davam edəcək. Və Azərbaycan vətəndaşı üçün bu, həmişə öz aktuallığını qoruyub, saxlayacaq.

Ancaq buna baxmayaraq, daha bir önəmli mövzu mövcuddur və onu unutmaq, arxa plana keçirtmək olmaz və bu, yolverilməzdir. Çünki epidemiya yayılmaqda davam edir. Hər gün yeni qurbanlarını alıb, götürür.

Ona görə də, Azərbaycanda bu problem ermənilərin hərbi-siyasi avantüraları ucbatından bir qədər arxa planda qalsa da, bütün dünya hazırda məhz koronavirusla mübarizə ilə məşğuldur. Və hələlik bu bəşəri fəlakətin durdurulmasının hansısa məqbul yolu tapılmayıb.

Bəzi virusoloqlar hesab edirlər ki, bu virus hələ uzun müddət, bəlkə də həmişə mövcud olacaq. Yəni virusdan birdəfəlik xilas ehtimalı demək olar ki, istisna edilir...

 
Son günlər nüfuzlu virusoloqların verdiyi açıqlamalara diqqət yetirdikdə epidemiyanın qarşısının alınması istiqamətində elə də böyük məsafənin qət edilmədiyi anlaşılır. Dünya alimləri hələ də virusun insan həyatından çıxarılması üçün vaksin və ya dərmanın tapılmasına nail ola bilməyiblər. 

Hətta bu problem ətrafında mütəxəssislərin iddiaları da ziddiyyətlidir. Bəziləri bu ilin sonunda və ya gələn ilin əvvəllərində insanların dərmanla təmin edilməsinin mümkün ola biləcəyini proqnozlaşdırırlar.

Digərləri isə daha pessimistdirlər. Dərmana ümid bəsləməyin yersiz olduğunu iddia edirlər. Və insanların bundan sonra həmişə virusla yan-yana yaşamağa öyrənməsini məsləhət görürlər.

Onlar hesab edirlər ki, bu virus hələ uzun müddət, bəlkə də həmişə mövcud olacaq. İnsanlar da buna hazır olmalıdırlar. Yəni virusdan birdəfəlik xilas ehtimalı demək olar ki, istisna edilir.

Rusiyanın vaksinin yalnız MDB məkanı ölkələrinə ixrac ediləcəyini vurğulaması müəyyən suallar doğurur. Bəlkə vaksinin keyfiyyətindən, beynəlxalq standartlara uyğunluğundan heç özləri də əmin deyillər? Ona görə də, əvvəlcə keçmiş "qardaşlar"ın üzərində bir daha sınaqdan çıxartmaq istəyirlər?

 
Amma bir maraqlı məqam da var. Belə ki, Rusiya koronavirus üçün vaksin hazırladığını iddia edir. Artıq 28 nəfər könüllü şəxs üzərində sınaqdan keçirilmiş vaksinin yalnız MDB məkanı dövlətlərinə satılacağını vurğulayır.
Məsələnin maraqlı tərəfi odur ki, vaksinin hazırlandığı məhz Rusiya müdafiə nazirinin müavininin dilindən bəyan edilib. Ancaq vaksinin yalnız MDB məkanı ölkələrinə ixrac ediləcəyinin vurğulanması istər-istəməz müəyyən suallar doğurur. Bəlkə vaksinin keyfiyyətindən, beynəlxalq standartlara uyğun olmasından heç özləri də əmin deyillər? Ona görə də, əvvəlcə keçmiş "qardaşlar"ın üzərində bir daha sınaqdan çıxartmaq istəyirlər?

Əlbəttə, Rusiyanın bu "xoş niyyət"inin əslində, hansı məqsədlərə xidmət etdiyi yəqin ki, tezliklə aydınlaşacaq. Çünki hansısa keçmiş "qardaş"ın özünü "laborator sınaq poliqonu"na çevirməyə razılaşacağı qətiyyən inandırıcı görünmür. Hər halda, indiyə qədər bütün "vaksin hazırladıq" bəyanatlarının sonradan özünü doğrultmadığı heç kəsə sirr deyil.

Hətta hazırda istifadə edilən virusun aşkarlanması üzrə testlərin də yararsız olması barədə kifayət qədər ciddi iddialar mövcuddur. Üstəlik, iddia müəlliflərinin sırasında dünya texnologiyasının "ata"larından biri, həm də ən məşhuru Bill Qeyts də yer alır.

Dünyada cərəyan edən bütün qlobal proseslərin, o cümlədən də, pandemiyanın arxasındakı "gizli əllər"in "barmaqlar"ından birinin Bill Qeytsə aid olduğunu düşünənlər kifayət qədərdir...

 
Məsələ ondadır ki, Bill Qeyts test vasitələrinin hamısının yararsız olduğunu, yoluxmuş insanların dəqiq müəyyən edilməsinə təminat vermədiyini vurğulayıb: "O testlər yararsızdır. Onların istifadəsinin heç önəmi və mənası yoxdur. Ona görə də, testlər üçün bir dollar belə, ödəməyin".

Göründüyü kimi, olduqca ciddi açıqlamadır. Bütün dünya dövlətləri gündəlik testlərin nəticələrini açıqlayır. Bu adam isə "boş işlərlə məşğul olursunuz" deyir.

Ümumiyyətlə, Bill Qeytsin açıqlamalarına münasibət birmənalı deyil. Onun səmimi olmadığını, dünyada cərəyan edən bütün qlobal proseslərin, o cümlədən də, pandemiyanın arxasındakı "gizli əllər"in "barmaqlar"ından birinin Bill Qeytsə də aid olduğunu düşünənlər kifayət qədərdir.
Ancaq istənilən halda, Bill Qeyts dünyada sözlərinə ciddi yanaşılması vacib olan nadir şəxslərdən sayılır. Çünki onun boşuna söz danışmadığı qətiyyən şübhə doğurmur. Əgər, nəsə deyirsə, deməli, mütləq bir səbəbi vardır.

Koronavirus Bill Qeytsin işarə etdiyi gözlə görünməyən silaha çox bənzəyir. Pandemiya isə dünya savaşı effekti yaradıb. Ona görə də, indi başqa dünya savaşı təsəvvür etmək bir qədər çətindir...

 
Onu da xatırladaq ki, dünyada bioloji savaşın olacağına ilk dəfə məhz Bill Qeyts eyham vurmuşdu. O, 2015-ci ildə bildirmişdi ki, növbəti dünya savaşında gözlə görünməyən silahlardan istifadə ediləcək və çoxlu sayda insan öz həyatını itirəcək. O, bu dedikləri ilə sanki indi dünyada hökm sürən situasiyanı təsvir etmiş kimi görünür.

Hər halda, koronavirus onun işarə etdiyi gözlə görünməyən silaha çox bənzəyir. Koronavirusun törətdiyi pandemiya isə dünya savaşı effekti yaradıb. Ona görə də, indi başqa dünya savaşı təsəvvür etmək bir qədər çətindir.

İndi bu adam deyir ki, testlər əhəmiyyətsizdir. Bəlkə bununla da sadə insanların təsəvvür edə bilməyəcəyi daha bir fərqli fəlakətin öncədən mesajını verməyə çalışır?

Onun nə demək istədiyi hələlik tam aydınlaşmasa da, hər halda, bəzi ehtimallar irəli sürmək mümkündür. Belə ki, mövcud situasiya fəlakətin əhatə dairəsinin təsəvvür ediləndən daha geniş olduğuna şübhə yeri buraxmır.

Virusu bioloji silah hesab etsək, Bill Qeytsin dediklərini "onu yaradanlar və "düşmən"ə qalıb gəlməyin yollarını sirr kimi saxlayanlar istəməzsə, siz xilas ola bilməzsiniz" mesajı kimi də yozmaq olar...

 
Ola bilsin ki, "texnoloji ata" dünya elminin gözlə görünməyən bu "düşmən"lə mübarizədə gücsüz olduğuna eyham vurmağa çalışır. Bəlkə də bu adam "virusun qarşısını sizlər deyil, yalnız onu laboratoriyada hazırlayıb, yayanlar ala bilər" demək istəyir. 
Yəni virusu bioloji silah hesab etsək, B.Qeytsin dediklərini "onu yaradanlar və "düşmən"ə qalıb gəlməyin yollarını sirr kimi saxlayanlar istəməzsə, siz xilas ola bilməzsiniz" mesajı kimi də yozmaq olar. Əgər, bu, doğrudursa, deməli, dünya dövlətləri şantaj olunur. Onlara kimlərinsə, tələblərini qəbul etmək tövsiyyə edilir. Əks təqdirdə, virusun qarşısıalınmaz kabus effektinin davam edəcəyinə eyham vurulur.
Onu da qeyd edək ki, hələ virusun yayılmağa başladığı ilk dövrlərdə belə, ikinci dalğanın mütləq olacağı bildirilirdi. Son günlər isə ikinci dalğanın artıq başlandığını iddia edirlər. Və bu, yenə də istər-istəməz suallar doğurur.

Məsələ ondadır ki, sadə məntiqə görə, ikinci dalğanın başlanması üçün əvvəlcə birinci dalğanın sona çatması, dünyanın normala dönmək ərəfəsində olması lazımdır. Halbuki, bunu iddia etməyə əsas verə biləcək hər hansı ciddi əlamət mövcud deyil.

Əgər, birinci dalğa bitmədən, dünya elmi virus üzərində nisbi üstünlük qazanmağa imkan tapmadan ikinci dalğa iddiaları dövriyyəyə buraxlıbsa, deməli, prosesin səhnə arxasından idarə edilməsindən şübhələnmək qətiyyən yersiz görünməməlidir.

Bəzi ehtimallara görə, bir müddət keçdikdən sonra ikinci dalğa üzrə yoluxanlarda tamamilə fərqli təsirə malik virusa rast gəlinə biləcəyi qətiyyən istisna deyil...

 
Üstəlik, ikinci dalğada bu virusun insan bədəninə hansı xarakteristikada və ya hansı öldürücü təsir gücündə yeridiləcəyi də hələlik məlum deyil. Yəni bəzi ehtimallara görə, bir müddət keçdikdən sonra ikinci dalğa üzrə yoluxanlarda tamamilə fərqli təsirə malik virusa rast gəlinə biləcəyi qətiyyən istisna deyil.

Göründüyü kimi, virusun məğlub edilməsi üçün ümidverici yeniliklər olmasa da, onun ətrafında müəmmalı ziddiyyətlər kifayət qədərdir. Və bu, insanların normal həyata dönüşü ilə bağlı düşüncələri sadəcə, tünd rənglərə boyayır.

Bir müddət öncə ABŞ-ın dövlət katibi Mayk Pompeonun Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) birbaşa və xüsusi sərtliklə hədəfə götürməsi də səhnə arxasında nələrinsə baş verdiyinə əminlik yaradır. Belə ki, M.Pompeo ÜST-ü satılmaqda ittiham edir: "ÜST satılb. Bu səbəbdən də hazırda dünyada milyonlarla insan epidemiyanın qurbanına çevrilib".

Çin və ÜST-ün "ip"inin eyni "dərin güc"ün əlində olduğu indi elə də böyük sirr sayılmır...

 
Təbii ki, M.Pompeonun hədəfində sadəcə, ÜST deyil. Onun əsas məqsədi ÜST-ün arxasındakı "dərin güclər"in "səngər"ini "bombalamaq"dır. 

Ancaq hədəfi açıq göstərmir. Arxadan dolanmağa üstünlük verir. Onun öz açıqlamasına dərhal "ÜST Çinə satılıb" qınağını da əlavə etməsi savaşın daha dərində getdiyini göstərir.

Bu əlavə ABŞ-ın yüksək rütbəli rəsmisinin publikaya onun dedikləri ətrafında daha məhsuldar düşünməsi üçün əsl hədəfə yaxın "ipucu" ötürməsi kimi də anlaşıla bilər. Çünki "Çin və ÜST-ün ipi"nin eyni "dərin güc"ün əlində olduğu indi elə də böyük sirr sayılmır. Və bu "dərin güc" Tramp administrasiyasının Ağ Evdə mənzillənməsində həlledici rol oynamış səhnəarxası güc mərkəzinin əsas rəqibidir.

Görünən odur ki, səhnəarxası savaş zaman keçdikcə, daha da intensivləşib, amansız xarakter almaqdadır. Hər iki tərəf bir-birinin "səngər"inə fasiləsiz "atəş açır". Və bu savaşda açılan hər "atəş"in real hədəfi isə məhz günahsız insanlar olur.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Baxılıb: 120 Tarix: 1-08-2020, 16:07



Şərh bildir
yenilə, əgər kod görünmürsə