mobil versiya

SON DƏQİQƏ! Azərbaycanda dəhşət: Ölən və yaralı var



Xızı rayonunda yol qəzası olub.

Bu barədə REPORTYOR.AZ-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə rayonun Sitalçay kəndi ərazisində “İveco” markalı yük avtomobili və “Belarus” markalı traktorun toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasediciləri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri yük avtomobilindən, 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) isə deformasiyaya uğrayan digər nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.



SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 1-03-2021, 13:07