İan Borq: ATƏT Bakı və İrəvanın region xalqları üçün daha yaxşı gələcək qurmaq səylərini dəstəkləyir
Diplomatiya və etimadın yaradılması uzunmüddətli sülh və təhlükəsizliyə nail olmaq üçün yeganə etibarlı yoldur.
Bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borq “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
İan Borq ATƏT-in Cənubi Qafqazda və onun hüdudlarından kənarda gələcək roluna dair substantiv müzakirəyə görə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova təşəkkürünü də bildirib.
Təşkilatın fəaliyyətdə olan sədri vurğulayıb ki, ATƏT region xalqları üçün daha yaxşı gələcək qurmaqla bağlı Azərbaycan və Ermənistanın səylərini alqışlayır və dəstəkləyir.(report)
KARUSEL / GÜNDƏM
Tarix: 14-05-2024, 14:21