mobil versiya

ATƏT sədri Azərbaycana səfərə gələcək



ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani Azərbaycana səfər edəcək.
Trend-in məlumatına görə, bu barədə ATƏT sədrinin mətbuat xidməti məlumat verib.
Qeyd edilib ki, B.Osmani hökumət rəsmiləri və digər maraqlı tərəflərlə görüşlər keçirmək üçün aprelin 10-13-də Gürcüstan, Azərbaycan və Ermənistana səfər edəcək.
Səfər çərçivəsində əməkdaşlığın gücləndirilməsi, mövcud təhlükəsizlik çağırışlarının həlli və Cənubi Qafqaz regionunda dialoq yolu ilə sülh və sabitliyin təşviqi məsələləri müzakirə olunacaq.
KARUSEL / SİYASƏT
Tarix: 10-04-2023, 11:22