mobil versiya

"Ermənistanın müharibə cinayətləri" adlı layihəsinə start verilib



"Qərb-Resurs vətəndaş cəmiyyətinin inkişafına dəstək" İctimai Birlik "Ermənistanın müharibə cinayətləri" adlı layihəsinə başlayıb.
Bu barədə İctimai Birliyin sədri Ramil Göyüşov məlumat verib.
O, bildirib ki layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir: “Layihənin məqsədi Qazax rayonunun Ermənistan tərəfindən işğal etdiyi kəndlərindən didərgin düşmüş 4000 dən çox insanın haqqlarını (mənəvi və mülki) müdafiə etmək, Ermənistanın işğal etdiyi kəndlərdə işgəncə görmüş və ağır cinayətlərin qurbanı olan insanların həyatları haqqında ingilis dilində video materiallar (hazır materiallar əsasında) hazırlamaqdır".
Təşkilat sədri qeyd edib ki,  layihə çərçivəsində Qazax rayonunun kəndlərində baş vermiş soyqırımı dünyaya tanıtmaq üçün sübutlarla ingilis dilində video rolik və zərərçəkmiş insanların hə maddi həm də mənəvi ziyanın qeydiyyatı ilə bağı hüquqi sənədlər hazırlanacaq.

KARUSEL / CƏMİYYƏT
Tarix: 14-05-2024, 13:31