mobil versiya

“Ağıllı suvarma sistemi ilə yaşıllığın qorunması” layihəsinin təlimləri baş tutub


 


Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ağıllı suvarma sistemi ilə yaşıllığın qorunması” adlı layihəsi çərçivəsində təlimlər təşkil edib.

Qazax, Ağstafa və Tovuz rayonlarında fəaliyyət göstərən 30 nəfər yerli Meşə Təsərrüfatı İdarələrinin nümayəndələri üçün, meşələrdə ağıllı suvarma sisteminin yaradılması məqsədi daşıyan təlimlər 26 sentyabr-Oktyabr 1, 2022 ci il tarixlərində Qazax rayonunda keçirilib. 2 hissədən ibarət olan bu təlimin nəzəriyyə hissəsində iştirakçılar bu sahədə bilik və bacarıqlarını artırıb. Praktik hissəsi nəticəsində isə Qazax rayon BalaÇaylı kəndində yerləşən 22 ha meşə zolaqlarının quraqlıq keçən illərdə yeni tikilmiş günəş panelləri ilə işləyən artezan suyu ilə suvarılması üçün layihə hazırlanıb.


CƏMİYYƏT
Tarix: 1-10-2022, 13:01