mobil versiya

Vəzifəli şəxslərin gəlir deklarasiyaları necə təqdim olunsun?


Vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılığı, gəlirlərin bəyan edilməsi sisteminin tətbiqi, bu sahədə mövcud problemlər, imkanlar və  risklər müzakirə edilib,  tövsiyələr təqdim olunub.

“Konstitusiya” Araşdırmalar Fondu tərəfindən “Azərbaycanda ictimai iştirakçılıq praktikası və mövcud qanunvericliyin təkmilləşdirilməsi” mövzusunda dəyirmi masa müzakirələri keçirilib. Müzakirələr Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Fondun icra etdiyi  “Vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılığı mexanizminin yaradılmasına dəstək verilməsi məqsədilə tədbirlərin təşkili, məqalələrin və hesabatın hazırlanması”  layihəsi çərçivəsində baş tutub.
Tədbirdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Ədliyyə,  Maliyyə, İqtisadiyat  Nazirliklərinin, Baş Prokurorluğun nümayəndələri, İctimai Şura sədrləri, üzvləri daxil olmaqla 30-dan çox  QHT təmsilçisi iştirak edib.
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev layihə haqqında məlumat verərək vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılığı ilə bağlı beynəlxalq praktika, milli qanunvericilik, bu məsələlərlə əlaqədar aparılmış müzakirələr, QHT-lərin təşəbbüsləri barədə fikirlərini bölüşüb. Qeyd edib ki, layihə çərçivəsində KAF tərəfindən vəzifəli şəxslər tərəfindən təqdim olunacaq gəlir bəyannamələrinin forması layihəsi, həmçinin qanunvericiliyə əlavə dəyişikliklərlə əlaqədar qanun layihəsi, xarici təcrübənin analizi və tövsiyyələr hazırlanıb.

Layihənin ictimai əsaslarla eksperti Zaur İbrahimli maliyyə xarakterli məlumatların təqdim edilməsi forması layihəsini, təqdim olunma mexanizmi ilə əlaqədar qabacıl təcrübənin xülasəsini, mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təklifləri təqdim edib.
Dövlət qurumları və QHT nümayəndələri təqdimat zamanı səslənilən fikirlər və təkliflərlə bağlı öz rəy və tövsiyyələrini diqqətə çatdırıblar.
Ə.Nuriyev  müzakirələr zamanı səsləndirilən qeydlər nəzərə alınmaqla hazırlanmış hesabatın və təkliflərin müvafiq dövlət qurumlarına təqdim ediləcəyini və açıq internet resurslarda yerləşdiriləcəyini bildirib. Ə.Nuriyev dövlət orqanları ilə QHT ekspertlərinin bu mövzuda ekspert müzakirələrinin təşkil edilməsiylə bağlı təkliflərin həyata keçirilməsi üçün səy göstəriləcəyini də açıqlayıb.


KARUSEL / CƏMİYYƏT
Tarix: 31-10-2023, 15:47