Mikayıl Cabbarov: “Petkim”in növbəti sərmayələri üçün işlər sürətləndirilir”
Hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədəki yatırımı olan “Petkim”in növbəti sərmayələrinin həyata keçirilməsi üzrə işlərini sürətləndirilməsini təmin edib.
Bunu Azərbaycanın iqtisadiyyat naziri və SOCAR-in Müşahidə Şurasının sədri Mikayıl Cabbarov bu gün İstanbulda keçirilən “Türkiyə-Azərbaycan təbii qaz sahəsində əməkdaşlıq anlaşması”nın imzalanması zamanı SOCAR-ın bu ölkədəki fəaliyyəti və gələcək planlarına toxunarkən bildirib.
Onun sözlərinə görə, gələn aylarda “Petkim”in yenilənməsi layihəsinə start verilə bilər: “Bu istiqamətdə bizə dəstək verən bütün tərəfdaşlara təşəkkürümüzü bildiririk. İnanırıq ki, bu, indiyə qədər reallaşdırılan layihələrlə yanaşı Türkiyə iqtisadiyyatına ən böyük sərmayə olacaq”.
Nazir bildirib ki, Türkiyə bazarının dayanıqlı şəkildə enerji ilə təminatı, eyni zamanda bölgələrin enerji ehtiyacının təmin edilməsində, Türkiyə dövlətində yaradılmış şəraitə və hüquqi mühitə görə SOCAR bir çox sərmayələri həyata keçirib: “Belə bir sərmayənin həyata keçirilməsi Türkiyə iqtisadiyyatında gedən sabitləşmə proseslərinin bir nəticəsidir. Bu bir daha göstərir ki, sərmayəçilər Türkiyə iqtisadiyyatındakı imkanları görür, dəyərləndirir. Biz böyük məmnuniyyətlə bu yolu davam etmək niyyətindəyik”.(report)
KARUSEL / İQTİSADİYYAT
Tarix: 14-05-2024, 15:57