Yunanıstan XİN başçısı: Türkiyə ilə münasibətlərdə yeni mərhələ başlayıb
Yunanıstan və Türkiyə arasında münasibətlərin yeni mərhələsi başlayıb.
Bunu Yunanıstanın xarici işlər naziri Yorqos Yerapetritis ERT televiziyasına müsahibəsində deyib.
O bildirib ki, Yunanıstanın baş naziri Kiriakos Miçotakislə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mayın 13-də Ankarada baş tutan görüşdən sonra iki ölkə arasında əlaqələrdə yeni mərhələnin əsası qoyulub: “Münasibətlərin yeni mərhələsi normallaşmaya əsaslanır”.
Yunanıstanlı nazir iki ölkə arasında yüksək səviyyədə təmasların artırılmasının vacibliyini qeyd edib: “Əsas məsələ qarşılıqlı fayda verə biləcək məsələlərə fokuslanmaqdır”.(report)
KARUSEL / DÜNYA
Tarix: 14-05-2024, 17:28