Ərdoğan 6 ildən sonra Afinaya gəldi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 6 ildən sonra Afinaya səfər edir.
NTV xəbər verir ki, Ərdoğan Afinada ilk olaraq yunan həmkarı Katerina Sakelaropulu ilə görüşüb. İki lider görüşdən əvvəl birgə mətbuat konfransı keçirərək yeni dövrlə bağlı mesajlar verib.
Yunanıstan prezidenti Sakelaropulu Türkiyə ilə Yunanıstan arasında müxtəlif mövzularda fərqli yanaşmaların olduğunu bildiklərini, lakin əməkdaşlığı genişləndirərək bölgədə sülhü inkişaf etdirməyi hədəflədiklərini bildirib. Sakelaropulu, "Yunanıstan və Türkiyənin mövcud müsbət siyasi iradəni hər zamankindən daha çox inkişaf etdirməsi vacibdir" deyib.
Rəcəb Tayyib Ərdoğan 5-ci Yüksək Səviyyəli Strateji Şura Toplantısının Türkiyə ilə Yunanıstan arasında yeni bir dövrün güclənməsinə səbəb olacağına inandığını bildirib" “Hədəf aramızdakı ticarət həcmini 5,5 milyard dollardan 10 milyard dollara çatdırmaqdır. Bu mövzuda hansı addımlar ata biləcəyimizi müzakirə edəcəyik. Stəkanın dolu tərəfiylə danışmaq gələcək üçün çox daha yaxşı olacaq".
Bu görüşdən sonra prezident Ərdoğan Yunanıstanın baş naziri Kiriakos Mitsotakis ilə görüşüb.
KARUSEL / DÜNYA
Tarix: 7-12-2023, 14:38