Ərdoğanın körfəz ölkələrinə səfər gündəliyi bəlli olub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın körfəz ölkələrinə səfəri çərçivəsində əsas gündəm ortaq investisiya və ticarət əlaqələri olacaq.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına səfəri öncəsi Atatürk Hava Limanında açıqlaması zamanı deyib.
"Körfəz ölkələri ilə ikitərəfli ticarət həcmimiz son 20 ildə 1,6 milyard dollardan təxminən 22 milyard dollara çatıb. Biz bu rəqəmi daha da artırmaq üçün yollar axtaracağıq", - deyə o qeyd edib.
Türkiyə Prezidenti onu da bildirib ki, Türkiyə şirkətləri Səudiyyə Ərəbistanının irimiqyaslı layihələrində daha çox rol almaqda maraqlıdır.
"Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-də görüşlər tamamlandıqdan sonra Türkiyənin ilk yerli istehsal avtomobili TOGG-un təqdimatı mərasimləri də keçiriləcək", - deyə o əlavə edib.
KARUSEL / DÜNYA
Tarix: 17-07-2023, 15:24