mobil versiya

Evini, avtomobilini, qızılını satan azərbaycanlı məşhurlar - FOTO





Uzun müddətdir davam edən koronavirus pandemiyası bir çox sahələrin fəaliyyətinə mənfi təsir etdi. Sənət aləmindən də yan keçməyən pandemiya müğənnilərin toy bazarını çökdürdü.

Bu, toylara qadağa qoyulduğu üçün əlavə gəlir yeri olmayan müğənnilərə maddi cəhətdən böyük zərbə oldu. Onlar gəlirlərini təmin edə bilmək üçün evlərini, maşınlarını hətta qızıllarını da satdılar.

BAKU.WS xəbər verir ki, müğənni Xuraman Şuşalı bir neçə ay əvvəl dolanışığını təmin etmək üçün ötən il inşa etdirdiyi malikanəsini satışa çıxarıb. Sənətçi 4 sot torpaqda yerləşən villa üçün 100 min manat xərc çəkib.

Bu haqda BAKU.WS-ə açıqlama verən Xuraman Şuşalı evini hələ də sata bilmədiyini deyib:


“Evimi satmaq istəyirdim, amma alınmadı. Həddindən artıq aşağı qiymət təklif edirdilər. Bu səbəbdən satılmadı, qaldı. İndiki dövrdə əhalidə də elə pul yoxdu ki, qoyduğum qiymətə ala bilsinlər”.
Sənətçi Bahar Lətifqızı da pandemiyada evlərindən birini satdığını bildirib.

Əlavə gəlir yeri olmayan ifaçı müsahibəsi zamanı evi ilə yanaşı, avtomobilini də satdığını deyib.
Əməkdar artist Elnarə Abdullayeva isə dolanışığını təmin etmək üçün qızıllarını satıb.

O, bu haqda qatıldığı proqramlardan birində açıqlama verib.
Sənətçi Nadir Qafarzadə də pandemiyadan maddi cəhətdən əziyyət çəkən müğənnilərdəndir.

Bu haqda BAKU.WS-ə açıqlama verən müğənni gəlirini təmin etmək üçün qızıl zinət əşyalarını satdığını bildirib:
“Hər birimiz müəyyən çətinliklər yaşadıq. Qızıl zinət əşyalarımı satdım. İndi də gedirəm xaricə. Çətinliklə də olsa hər kəs dolanışığını təmin etməyə çalışır”.
Müğənni Niyam Səlami isə pandemiyada avtomobilini satıb.

O, bu haqda “Xəbər-ətər” verilişində olan zaman deyib. Sənətçi çoxlu pul lazım olduğundan “Range Rover” markalı maşınını satıb.
Müğənni Elton Hüseynəliyev də bu çətin dövrdə gəlirini təmin etmək üçün maşınını satıb.

Bu haqda BAKU.WS-ə sənətçinin həyat yoldaşı, Tamella Hüseynəliyeva danışıb: “Biz, çox şükr ki, ev, bağ satmadıq. Sadəcə Elton maşınların birini satdı”.
Bir müddət əvvəl isə meyxanaçı Samirə Yusifqızı da Əhmədli qəsəbəsindəki 5 sot ərazisi olan evini satıb.

Külli miqdarda borcu olduğu deyilən Samirə pandemiya dövründə taksi fəaliyyəti ilə də məşğul olub.

Şou-biznes / KARUSEL
Tarix: 19-05-2021, 16:16