Əfv sərəncamı nə vaxt imzalanacaq? – Açıqlama

Ola bilsin, əfv sərəncamı Novruz bayramında deyil, 28 May ərəfəsində açıqlansın.

Bu sözləri Axar.az-a açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. Əfv sərəncamının nə zaman imzalanacağının dəqiq bilinmədiyini və bunun birbaşa prezidentin səlahiyyətində olduğunu deyən Əliməmməd Nuriyev baxılan müraciətlərə toxunub:

“Əfv Məsələləri Komissiyası öz işini başa çatdırmayıb, hələ iclaslar davam etməkdədir. Artıq bir neçə iclas keçirilib. Məhkumlar barəsində müraciətlərə, sənədlərə baxılır və bütün bu proseslər davam etdirilir. Əfv Komissiyası fasiləsiz olaraq çalışır. İclasa təqdim etmək üçün daxil olan müraciətlərlə bağlı müvafiq araşdırmalar aparılır, rəylər hazırlanır. Bu proseslər başa çatdıqdan sonra rəylər cənab p

Davamı

Erməni toyunda Azərbaycan mahnısı: Qızlar Azərbaycansayağı oynadılar – VİDEO

Torpağımızı işğal edib, musiqimizi oğurlayanlar yenə iş başında…

 Azərbaycan mahnıları və rəqslərinin ermənilər tərəfindən oğurlanması ənənəvi hal alıb.
Bu dəfə də öz ənənələrinə sadiq qalan ermənilər, növbəti mahnımızı oğurlayıblar. Belə ki, Ermənistanda baş tutan toyların birində müğənni “Ay qız heyranın ollam” adlı Azərbayacan xalq mahnısını erməni dilində ifa edib. Erməni qızları meydanda elə Azərbaycansayağı rəqs ediblər.   /Minval.İnfo/
Həmin görüntüləri təqdim edirik:    

https://youtu.be/mBEbzPhmVcI

Davamı

Ləman Ələşrəfqızı Mirşahinin televiziyasından danışdı: “Mən də ora gedirəm”

Xəbər verdiyimiz kimi, Mirşahin Ağayev özünə yeni televiziya açır. ANS-in tanınmış simaları Ləman Ələşrəfqızı, Azadə Balayeva, Afət Telmanqızı və bir sıra aparıcıların yer aldığı “REAL TV”nin yaxın günlərdə fəaliyyətə başlayacağı bildirilir.

Artıq “Facebook”da televiziyanın rəsmi səhifəsi də açılıb. Məlumata görə, “REAL TV” bir müddət internetdən, daha sonra peyk yayımına keçəcək.
Ləman Ələşrəfqızı Modern.az-a açıqlamasında yeni telekanala getdiyinə görə “Azərxalça”dakı işindən ayrılacağını bildirib:
“Mənə təklif gəlib və mən həmin televiziyaya gedirəm. Mən jurnalistikaya bağlıyam, jurnalistika üçün darıxıram. Mətbuat katibliyində özümü tapa bilmədim. Təki işlərimiz

Davamı

Qiyamət ssenarisi təsdiqləndi: Bir tərəfdə ölkələri donduran “Şərq canavarı”, digər tərəfdə əriyən buzlaqlar – MÜƏMMA

Avropanı donduran “Şərq canavarı” adlandırılan hava şəraitinin səbəbi 25 dərəcə isinən Şimal qütbü imiş. Orta temperatur -30 dərəcə olan qütbdə hazırda temperatur -5 dərəcəyə qədər yüksəlib.

Sibirdən gələn və “Şərq canavarı” adlandırılan soyuq hava kütləsi hələ də Avropaya təsirini davam etdirir. İtaliya paytaxtı Romada 6 il sonra qar yağıb. Qitədə bir həftədə azı 7 nəfər donaraq ölüb.

İngiltərədə son 27 ilin ən sərt qışı qeydə alınıb. Şimal qütbündəki hava temperatunu izləyən mütəxəssislər həftə əvvəlindən bəri mövsüm normasının 25-30 dərəcə üstündə olduğunu bildirib.

Uzun illər temperatur -30 dərəcə olan Şimal qütbündə hazırda temperatur -5 dərəcədir. Bu vəziyyət 2016-cı ildə də müşahidə olunub və buzları ərimə

Davamı

Ankarada keçirilən sərgidə “Unudulmayan Xocalım” kitabına böyük maraq göstərilib

Fevralın 18-25 –də qardaş Türkiyənin paytaxtında XII Ankara kitab sərgisi keçirilib. Sərginin təşkilatçıları Başkent Ədəbiyyat Dərnəyinin rəhbəri Ahmet Kurt, həmin dərnəyin İdarə Heyətinin üzvləri İnayet Millidere və Yusuf Millidere, eyni zamanda Denizli Yaren Kültür-Sənət Turizm Dərnəyinin rəhbəri, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin xalq şairi Safiye Samyeli tərəfindən həmyerlimiz, şair və yazar Könül Ordubadi də tədbirdə iştirak etmək üçün dəvət edilib. Sərgidə 3 gün ərzində Könül Ordubadinin iştirakı ilə “Unudulmayan Xocalım” kitabının imza günləri olub. “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının Türkiyədəki nümayəndələri də həmin tədbirdə fəallıq göstəriblər. Bir sıra türkiyəli və azərbaycanlı şair və yazarlar, Türkiyədə təhsil alan azərbaycanlı tələbələr, ictimaiyyət nümayəndələri “Unudulma

Davamı

Putin Sarkisyanın “qələmini qırdı” – GÖRÜŞDƏN İMTİNA

Rusiya prezidenti Vladimir Putin Ermənistan başçısı Serj Sarkisyanla görüşdən imtina edib. 

Bu barədə xəbər Ermənistan KİV-lərində yayılıb. 

Erməni mənbələr iddia edirlər ki, Sarkisyanın qarşıdan gələn seçkilərlə əlaqədar Putinlə görüşmək cəhdi baş tutmur. “Ermənistanda keçiriləcək prezident seçkilərinə az vaxt qalır. Bu seçkilər həmçinin Ermənistanın yeni baş nazirinin kimliyinə də aydınlıq gətirəcək. Məlumdur ki, səlahiyyət müddəti başa çatan Serj Sarkisyan seçkilərdə iştirak edə bilməyəcək. Ən az növbəti 5 il üçün bu postdan məhrum olan prezidentin hədəfi baş nazir olmaqdır. Lakin bu posta gedən yolun  Kremldən keçdiyi onun özünə də sirr deyil. Məhz bu səbəbə görə Serj Sarkisyan rusiyalı həmkarı Vladimir Putinə minnətçi düşüb

Davamı

“Aqrokimya”: ADAU-nun alimləri YENİ KİTAB yazıb

Azərbaycan Dövlət Aqrar Universitetinin Torpaqşünaslıq və aqrokimya kafedrasının müdiri, dosent Arif Hüsynovun, həmin kafedranın dosentləri Namiq Hüseynovun və Kəmalə Məmmədovanın birlikdə yazıb ərsəyə gətirdiyi “Aqrokimya” dərsliyi çapdan çıxıb. Ali məktəblər üçün dərslik kimi Təhsil Nazirliyinin F-50 saylı əmri ilə təsdiq edilən kitab bir sıra yeniliyi və səciyyəvi xüsusiyyəti ilə diqqəti cəlb edir. Kitab həm də ADAU-nun 90 illiyinə həsr edilib. İlk olaraq onu deyim ki, dərslik olduqca sadə və anlaşılan dildə yazılıb və aqrokimyanın hədəfləri bütün incəliklərinə qədər açılıb. Sadə dillə yazılan kitab isə tələbələr, eləcə də bu sahə ilə məşğul olanlar tərəfindən tam mənasında qavranılandır.
M

Davamı

Bakıda arvadı evdən qaçan kişi: Anası neçə ildir yanımda yatır – VİDEO

Ötən həftə Bakıda ərinin işgəncələrindən “Səni axtarıram”ın efirinə qaloşla qaçıb gələn gənc qadının əri verilişə gəlib.
Qadın 3 uşağının atası ilə yenidən bir evdə yaşamaq istəmədiyini, işgəncələrindən təngə gəldiyini deyib.
Arvadını yenidən evə qaytarmaq istəyən ərin açıqlamaları isə studiyada birmənalı qarşılanmayıb.
Verilişdən həmin kadrları təqdim edirik:    /publika.az/

[video width="576" height="312" mp4="http://turkustan.info/wp-content/uploads/2018/02/63195_360p.mp4"][/video]
Davamı

Şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi ilə bağlı yenilik

Azərbaycan vətəndaşları qeydiyyat yerindən asılı olmayaraq istənilən “ASAN xidmət” mərkəzində şəxsiyyət vəsiqələrini dəyişdirə biləcəklər.

Bu barədə Trend-ə “ASAN xidmət”dən bildiriblər.

Qeyd olunub ki, bu imkan Mingəçevir şəhərində növbəti “ASAN xidmət” mərkəzinin açlışından sonra planlaşdırılıb:

“Məlum olduğu kimi, ötən gün Mingəçevir şəhərində yeni “ASAN xidmət” mərkəzinin açılışı oldu. Mərkəz tam fəaliyyətə başlayandan sonra bu barədə elan edəcəyik. Bu xidmət ilk növbədə rayonlarda yaşayan vətəndaşlarımız üçün aktualdır. Hazırda biz bu məsələ üzərində işləyirik”.  

Davamı

İran raketləri dünyanı silkələdi

Maraqlı iddia: İran İsrailin bütün nöqtələrini vurmağa qadirdir.
İran artıq İsrailin bütün nöqtələrini vurmağa qadirdir. Son günlər dünya mediası bu xəbərlə çalxalanır.

Saytımız Anadolu Agentliyinə istinadən xəbər verir ki, beynəlxalq mətbu orqanlar iddianı peykdən çəkilən son görüntülərə əsasən irəli sürür. Bu sahədə kifayət qədər nüfuzlu kosmik təşkilat olan “ImageSat International”-ın yaydığı fotolarda İranın Suriyadakı hərbi raket bazaları açıq-aşkar nəzərə çarpır.

Vəziyyət gərginləşdi: ABŞ qoşunlarına həyəcan siqnalı verdi, İran hədələdi
Xüsusilə paytaxt Dəməşqdəki bazalar İsrail üçün ən ciddi təhdid hesab oluna bilər. Çünki Dəməşqdə İrana aid olan bazalarda yerləşdirilən mü

Davamı

Türkiyədən SON DƏQİQƏ açıqlaması – Öldürülən terrorçuların sayı 2184 oldu

Türkiyənin Afrində gerçəkləşdirdiyi “Zeytun budağı” əməliyyatı ilə bağlı açıqlama verilib.

Bu barədə Türk Silahlı Qüvvələri məlumat yayıb.

Məlumata görə, “Zyetun budağı” əməliyyatında öldürülən YPG/PKK-İŞİD terrorçuların sayı 2184 olub.

Qeyd edək ki, bu rəqəmə qədər öldürülən terrorçuların sayı 2083 idi.    /A24.az/

Davamı

Süni düyünü orijinalından necə ayırd edək…

Eyyub Hüseynov: “Tam əminliklə deyə bilərik ki, Azərbaycanda satışda sintetik düyü yoxdur”

Çox az insan tapılar ki, plovu sevməsin. Xüsusilə Novruz çərşənbələrində və bayram günündə hər bir ailə aş bişirməyə çalışır. Ümumiyyətlə, yalnız bayramlarda deyil, adi günlərdə də plov süfrələrdə tez-tez yer alan yemək növüdür. Həmçinin digər yeməklərdə də düyüdən çox istifadə edirik.

Düyülərin tərkibi, mənşəyi  haqqında son zamanlarda yayılan xəbərlər isə əhalini təşvişə salıb. Xatırladaq ki, bir neçə gün öncə mətbuatda plastik düyü satışı ilə bağlı məlumatlar yayılmışdı. Nurlan Məmmədov adlı paytaxt sakini  Binəqədi rayonunun 8-ci mikrorayon ərazisində fəaliyyət göstərən mağazalardan birində plastik düyü satıldığını iddia etmişdi.

Davamı

İrəvanın Rusiya və Türkiyəni Qarabağda toqquşdurmaq planı

Sabah Ermənistanda prezident seçkisidir – əsas  gözlənti; düşmən ölkənin parlamentli üsul-idarəyə keçidi müharibə riskini azaltmayacaq, çünki…; politoloq: “Ermənistanın radikallığı üzündən vəziyyət partlayışa doğru gedir…”

Sabah – martın 1-də Ermənistan parlamenti bu saxta dövlətin tarixində ilk dəfə ölkə prezidentini seçəcək. Böyük ehtimalla, hakim partiyanın namizədi, İngiltərədəki səfir və imkanlı iş adamı Armen Sərkisyan səsvermənin birinci turundaca həmin postu tutacaq. Təxminən bir ay sonra isə parlament yeni baş nazirin də kimliyini müəyyən edəcək. Bu da yəqin ki, indiki prezident, kriminal “Qarabağ klanı”nın başçısı Serj Sərkisyan olacaq.

Bununla da Ermənistan parlamentli üsul-idarəyə keçəcək və işğalçı ölkədə əsas söz sahibi hökumətin baş

Davamı

Putin rejimi çökəcək, Rusiya isə dağılacaq – Portnikov

Ukrayna Krımı yalnız Kremldəki hakim rejimin zəifləməsindən sonra geri qaytara bilər.

Bunu “Espreso” televiziyasına müsahibəsində ukraynalı ekspert Vitali Portnikov söyləyib. Onun sözlərinə görə, Qərb sanksiyaları Kremli zəiflədir, amma bu proses çox zəif gedir:

“Sivil dünya aqressiya ilə razılaşmaq istəmir. Əgər hətta Qərbdəki rusiyayönlü lobbi sanksiyaların yumşaldılmasına cəhd etsə, Putin rejiminə qarşı təzyiqlər yoxa çıxmayacaq. Əslində bu sanksiyalar müəyyən qədər Kremlin əlinə də oynayır. Bunun hesabına hökumət elektoratının sayını artırır, güc strukturlarını zənginləşdirir, müdafiəyə ayrılan pullardan gəlir əldə etməyi bacarır. Uzunmüddətli gələcək isə aydındır. Qərb bir müddət sonra uğur əldə edəcək. Yəni Putin rejimi və hətta postsovet Rusiyası da

Davamı

Maşın bazarındakı vəziyyət: Təklif çox, tələb azdır

Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il qərarına əsasən, yanvarın 1-dən etibarən Azərbaycana idxal edilən minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu artıb. Gömrük rüsumlarının artması avtomobil bazarında qiymətlərin artmasına səbəb olub. Bəs hazırda avtomobil bazarında vəziyyət necədir? Daha çox hansı ölkələrin avtomobillərinə üstünlük verilir?

Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlı deyib ki, bazarda daha çox tələbat olan avtomobillər neçə illərdir dəyişməyən bir konnekturadır.

“Belə avtomobillər üzrə ilk beşliyi Yaponiyanın iki markası- “Toyota” və “Nisan”, Cənubi Koreyanın iki markası – “Hyundai”və “KİA”, Rusiya istehsalı olan avtomobillər tutur. 

Davamı

Bakıda Novruz yarmarkaları NƏ VAXT fəaliyyətə başlayacaq?

Bakıda Novruz bayramı ilə bağlı bayram yarmarkaları üçün nəzərdə tutulan çadırların quraşdırılmasına başlanılıb.

Bu barədə Trend-ə açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.

Onun sözlərinə görə, fevralın 27-dən etibarən bayram yarmarkaları üçün çadırlar quraşdırılır:

 “Artıq ötən gündən bayram yarmarkaları üçün çadırlar quraşdırılır. Bu gündən onların fəaliyyətinə icazə veriləcək. Artıq 5 yerdə – “Gənclik”, “Nərimanov”, “28 may”, “İnşaatçılar” və “Koroğlu” metro stansiyalarının yaxınlığında belə çadırlar quraşdırılır. Yaxın günlərdə daha 5 yerdə bayram yarmar

Davamı

Bu içkilər dişləri sıradan ÇIXARIR

Meyvə çayı və ətirli sular kimi turş içkilər dişlərin sıradan çıxmasına və diş minasına zərər vura bilər.

London Kral Kollecinin bir qrup mütəxəssisi bu qənaətə gəlib.

Aparılan müşahidələr nəticəsində məlum olub ki, yeməkdən əvvəl və sonra bu cür içkilərin içilməsi dişlərin turşudan eroziya riskini artırır.

Təcrübələrdə 300-ə yaxın diş xəstəliyindən əziyyət çəkən şəxs iştirak edib.

Mütəxəssislərin fikrincə meyvə suları və çayları, pəhriz içkiləri, eləcə də tərkibində çoxlu şəkər olan içkilər dişləri sıradan çıxarır. Amma yemək zamanı bu içkilərin içilməsi riski iki dəfə azaldır.   /Unikal.org/

Davamı

İcra başçılarının müavinləri imtahandan azad edildi – Artur Rasi-zadədən daha bir dəyişiklik

Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Formasına əlavənin cədvəlində dəyişikliklər edilib.

Turkustan.info BakuPost-a istinadən xəbər verir ki, bu barədə qərar Baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.

Dəyişikliyə görə, siyahıdan yerli icra hakimiyyəti başçısının birinci müavini, müavini, şöbə müdiri, şöbə müdirinin müavini, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, onun müavini vəzifələri çıxarılıb.

Dəyişikliklər aşağıdakı kimidir:

1. “AA2” sətrindən “yerli icra hakimiyyəti başçısının birinci müavini, müavini;” sözləri çıxarılsın.

Davamı

Türkiyəyə qarşı DƏHŞƏTLİ PLAN – Dünyanın kabusu olan TAKTİKA İŞƏ SALINIR

Türkiyənin Şırnak vilayətinin Silopi mahalında tutulan bir terrorçunun ifadəsi PKK terror təşkilatının Türkiyə ilə bağlı dəhşətli planı ortaya çıxıb.

 İraq və Suriyada ağır zərbələr alan terror təşkilatı Türkiyədə sensasiyalı terror aktlarını törətməyi planlaşdırır.

Tutulan “Demot” kod adlı A.K. da Türkiyəyə məhz bunun üçün göndərilmişdi. İfadəsi alınan “Demot” PKK-nın “tək canavar”ı olduğu ortaya çıxıb. Məlum olub ki, ABŞ-ın nəzarəti altında Rakkadan çıxan İŞİD terrorçularının PKK/PYD terror təşkilatına “tək canavar” taktikası üzrə təlim veriblər. Məlumata görə, Türkiyənin kəşfiyyat qurumları təhlükəsizlik qurumlarını “tək canavar” taktikası üzrə xəbərdar edib.

Davamı

Bakıda bu şəxslərə ictimai nəqliyyat pulsuz olacaq

Bakıda turistlər üçün pulsuz ictimai nəqliyyatdan, şəhər muzeyləri və mədəniyyət mərkəzlərinə ödənişsiz və ya endirimli girişdən istifadə etmək imkanı verən kartlar hazırlanıb.

Bu barədə Milli Turizm Təbliğat Bürosundan məlumat verilib.

Bürodan bildirilib ki, “Baku Card” Bakı şəhərini müasir tanıdacaq və ölkəmizə səfər edən turistlərin daha da çox maraq oyatmasına səbəb olacaq yeni bir məhsuldur.

“Baku Card” sahibləri mağazalar, kafelər, restoranlar və daha çox müxtəlif yerlərdə endirimlər və xüsusi təkliflər əldə edə biləcəklər. Kartları xüsusi köşklərdən, eyni zamanda onlayn qaydada almaq mümkün olacaq.

Qeyd edilib ki, sabah Milli Turizm Təbliğat Bürosu, Bakı Nəqliyyat Agentliyi v

Davamı

Əli Həsənov “TRT WORLD” telekanalı ilə dünyaya bunları duyurdu – VİDEO

Xocalı soyqırımının ildönümündə Türkiyənin TRT WORLD kanalı Azərbaycanın haqq davasına dair silsilə verilişlər hazırlayıb. 

Sərhəd bölgələrində, dövlət qurumlarında, Şəhidlər Xiyabanında və Azərbaycanın çeşidli bölgəsində olan TRT WORLD əməkdaşları – Oubai Shahbandar (Presenter), Atakan Kerküklü (Field Producer), Kürşat Uresin (Cameraman) – böyük bir iş bacarıblar.

Bu gündən etibarən, TRT -nin yayım setində Azərbaycana dair silsilə verilişlər ingilis dilində dünyaya təqdim olunur.

Təqdim edilən verilişlər arasında Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri, prezidentin köməkçisi Əli Həsənovun TRT WORLD kanalına eksklüziv müsahibəsi də var. 

Say

Davamı

Gəncə şahmat məktəbində “Beyin fırtınası” layihəsi keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Gəncə şəhər Şahamt məktəbinin təşkilatı dəstəyi ilə 150 nəfərə yaxın şahmatçının iştirakı ilə şahmat turniri start götürmüşdür.

İlk öncə layihə haqqında iştirakçılara məlumat verən layihə rəhbəri Zərnişan Quluzadə şahmatın önəmindən və gənclərə qazandırdığı vərdişlər haqqında məlumat verib.

Turnirin gedişatı və qayadalar haqqında şahmatçıları məlumatdırıb. Sonra çıxış edən ekspertlər iştirakçıları layihə və qaydalar ilə daha detallı tanış ediblər. Daha sonar turnir start götürüb.

Bakıda nəhəng park-körpü inşa edilir

Bakıda nəhəng piyada körpüsü inşa edilir.

Bu barədə Trend-ə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirilib.

A.Nəcəfli deyib ki, yerüstü park-körpü “Bakı şəhərinin Yasamal rayonunda Füzuli meydanının ətraf ərazilərində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması, həmçinin, bu işlərlə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi” və “Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması, ərazisinin abadlaşdırılması, məscidi ziyarət edənlər üçün parklama imkanlarının yaradılması işləri” layihəsinin II mərhələsi çərçivəsində inşa edilir.

Davamı

Oğlunun qəza törədərək, adam öldürdüyü deyilən deputat DANIŞDI: “Onlar elə yerdə çalışırlar ki…” (FOTOLAR)

“Mənim oğlanlarım, ümumiyyətlə, avtomobil idarə etmirlər”.
 
Bu sözləri Unikal.org-a açıqlamasında YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov övladının qəza törətməsi xəbərinə münasibət bildirərkən deyib.
 
O, açıqlamasında bildirib ki, ailəsi və özü yayılan məlumatdan xəbərdardır və bu barədə hüquqi tədbir görülməsi üçün artıq vəkillə danışılıb:
 
“Övladımın qəza törətməsi ilə bağlı yayılan informasiya yalandır. Xəbəri yayan s

Davamı

Azərbaycanlı hakerlər erməniləri şoka saldı – “Prezident”in səhifəsində Xocalıdan yazdılar – FOTOFAKT

Azərbaycanlı hakerlərdən ibarət qrup “Anti-armenia Team” qondarma “Dağlıq Qarabağ Respublikası”-nın “prezidenti” Bako Sahakyanın “Feysbuk” hesabını ələ keçirib.

Hakerlər qondarma “respublika” “prezidentinin” hesabından Xocalı soyqırımı zamanı həlak olanlarla bağlı müxtəlif məlumatlar paylaşdıqdan sonra hesabda öz izlərini qoymağı da unutmayıblar.

Qeyd edək ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Davamı

Afrində türk ordusuna xain tələ: 30 min insan…

Afrində TSQ və ASO-nun hücumları qarşısında tab gətirə bilməyən terrorçular növbəti tələyə əl atıb.

Qovulduqları ərazidən çıxan terrorçular həmin bölgənin yerli əhalisini də özləri ilə birlikdə Afrinin mərkəzi hissələrinə aparıb.

Məlumata görə, PKK-YPG-PYD terrorçuları bununla da Afrin ətrafında 30 mindən çox mülki insan məskunlaşdırıb. Terrorçuların bu insanlardan türk ordusunun hücumu zamanı canlı qalxan olaraq istifadə edəcəyi bildirilib. Terrorçuların həmçinin Afrinin mərkəzində yaşayan insanları səngər qazmağa, istehkam qurmağa məcbur etdiyi və türk ordusunun şəhər mərkəzinə gözlənilən hücumuna qarşı məcburi şəkildə döyüşməyə vadar etdiyi vurğulanıb.

Qeyd edək ki, Türkiyə ordusunun Afrində mülki insanları qorumaq hə

Davamı

İrəvanı KTMT qoruyacaq, Bakını isə… – Erməni ekspert

Amerikalılar Rusiya rəhbərliyinə qarşı bütün ölkə sərhədləri boyunca konflikt nöqtələrini qızışdıraraq baş ağrısı yaratmağa cəhd edə bilər.

Bunu “SputnikErmənistan”a müsahibəsində erməni hərbi ekspert Ayk Naapetyan söyləyib. Onun sözlərinə görə, Qarabağda da situasiyanın gərginləşdirilməsi Vladimir Putinə amerikalılar tərəfindən seçkiqabağı və ya sonrası üçün hazırlanan sürpriz ola bilər:

“Ermənistan prezidenti dəfələrlə bəyan edib ki, yeni müharibə şəraitində Ermənistan Qarabağla hərbi ittifaq haqqında müqavilə imzalayacaq və ona hərbi yardım edəcək. Başqa sözlə, İrəvan da konflikt tərəfi olacaq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan İrəvan KTMT-nin yardımını tam şəkildə istəmək haqqına sahibdir. Azərbaycan tər

Davamı

Bu gün Novruzun İLK – SU çərşənbəsidir

Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsi – Su çərşənbəsi qeyd olunur.

Novruz bayramına 4 həftə qalmış həyat üçün vacib dörd ünsür – su, od, yel və torpaqla bağlı çərşənbələr təntənəli şəkildə keçirilir.

El arasında bunlara “boz ayın çərşənbələri” də deyilir.

Novruz bayramının ilk çərşənbəsi – Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. İlk çərşənbə ərəfəsində evlər sahmana salınır, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənir.

Hər çərşənbənin öz təamı, öz xonçası var. Su çərşənbəsinin xonçasında pak, təmiz su mütləq olmalıdır. Suyun ətrafına quru meyvə, rəngli şamlar, ləbləbi – kişmiş, çətənəli, küncüdlü, fındıqlı-qozlu

Davamı

Bakıda oğul yaşlı anasını amansızlıqla qətlə yetirdi

O, qadını əvvəlcə taxta ilə döyüb, daha sonra isə boğub

Bakının Qaradağ rayonunda dəhşətli qətl hadisəsi baş verib.

“Report”un xəbərinə görə, Ələt qəsəbəsi, Əzimzadə küçəsi, ev 12 ünvanında yaşayan 1944-cü il təvəllüdlü Zərnişan İslamova 34 yaşlı oğlu (ad-soyadı açıqlanmır) ilə mübahisə edib.

Nəticədə oğul əvvəlcə anasının başına taxta parçası ilə bir neçə dəfə zərbə endirib, ardınca isə qadını boğub. Zərərçəkmiş digər oğlunun köməkliyi ilə xəstəxanaya aparılarkən, yolda dünyasını dəyişib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Davamı

18 mart tarixində BAŞ VERƏCƏK – Diqqətli olun

Martın 18-də Yerdə maqnit qasırğası baş verəcək.

Astronomlar gərgin geomaqnit vəziyyətin 14, 16 və 17 mart tarixlərində qeydə alınacağını proqnozlaşdırırlar.
Proqnoza əsasən, martın ortalarınadək maqnitosferdə sakitlik qeydə alınacaq.

Qeyd olunur ki, bu maqnit qasırğası ilin əvvəlindən baş vermiş üçüncü belə qasırğa olacaq.

Xatırladaq ki, bu il yanvarın 15-də və fevralın 19-da maqnit qasırğaları qeydə alınıb.

Davamı

Ermənistanlı əsir Azərbaycan dilində danışır – Başının üstündə isə Azərbaycan bayrağı – VİDEO

İndi sizə iki ölkə, Azərbaycan və Ermənistan arasında olan fərqi təqdim edəcəyik. Buraxılışmızın əvvəlində Xocalıda Ermənistan ordusunun dinc sakinlərə qarşı törətdiyi vəhşilikləri təqdim etdik. İndi isə bir neçə il əvvəl Azərbaycan ordusu tərəfindən qoşunların təmas xəttində tutulan Ermənsitan dversantının Bakıda, həbsxanadakı şəraiti ilə tanış edirik. Budur iki ölkə arasındakı fərq.

Azərbaycan şerini əzbər deyən, Ermənsitan ordusunun diversantı Arsen Baqdasaryan mina basdırarkən 2014-cü ilin dekabrın 26-da qoşunların təmas xəttində, Azərbaycan ordusu tərəfindən tutulub.

Məhkəmənin hökmü ilə o, 15 il azadlıqdan məhrum edilib. O, Ermənistanın kecmiş müdafiə naziri Seyran Ohanyanın əmri ilə böyük cinayət törətdiyini etiraf edib. Həbsxanada bizim dildə danışmağı öyrə

Davamı

Şəhid olan əsgərimizin FOTOSU

Xəbər verdiyimiz kimi, Salyan rayonu hərbi komissarlığından hərbi xidmətə çağırılan 1999-cu il təvəllüdlü əsgər Cəfərov Qurban Xanlar oğlu şəhid olub.

Əsgər Salyan rayonundən hərbi xidmətə çağırılsa da Neftçala rayonu Xol Qaraqaşlı kəndində mərhum babasının məzarının yanında dəfn edilib. 

Xatırladaq ki, məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidməti rəsmi məlumat verməyib. 

Şəhidimizin fotosunu təqdim edirik:
/BiG.AZ/
Davamı

“Bu halda, ABŞ və Türkiyə arasında müharibə başlayacaq” – ŞOK XƏBƏRDARLIQ – VİDEO

“ABŞ-ın Suriyada sərgilədiyi mövqedə olan ziddiyyətlər artıq davam etdirilə bilməz”.

Bu haqda İngiltərənin “Financial Times” qəzeti yazıb.

Nəşr qeyd edir ki, ABŞ-ın PKK/PYD terror təşkilatına verdiyi dəstək NATO ölkələri arasında birbaşa hərbi qarşıdurmaya səbəb ola bilər.

“ABŞ-ın bu addımı Türkiyə tərəfindən sərt reaksiya ilə qarşılanır. Ən kiçik bir səhv NATO üzvləri arasında birbaşa döyüşə səbəb ola bilər”, – “Financial Times” qeyd edib.   /Publika.az/

 

Davamı

Vladimir Putin Suriya ilə bağlı əmr verdi: HƏR GÜN SAAT 09.00 – 14.00-a qədər..

Rusiya Dövlət Başçısı Vladimir Putin Suriya ilə bağlı əmr verdi.

Prezidentin əmrində deyilir:

“Əsədin blokadasında olan Şərq Qutada insan dəhlizini açmaq üçün hər gün saat 09.00 – 14.00 qədər hücumlar dayandırılsın. Məqsəd, Suriyanın paytaxtı Şam yaxınlığında yerləşən Şərq Qutada olan vətəndaşları təhlükəsiz əraziyə keçirmək üçündür”.   /Unikal.org/

Davamı

“Afrin əməliyyatı Türkiyənin haqqıdır” – Azərbaycan dövlətinin mövqeyi açıqlandı

“Dünyada haqq-ədalət olacaqsa, Xocalı soyqırımını edənlər də cəzalarını almalıdır. Bu  cinayəti onlar törətdilər. Ona görə də insanlıq əleyhinə olan bu cinayətə qiymət verilməlidir”.

Bunu prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov  Xocalı soyqırımının 26- cı ildönümü ilə bağlı Türkiyənin Anadolu agentliyinə verdiyi müsahibəsində deyib. 

O qeyd edib ki, Azərbaycan dövləti ermənilərin törətdiyi bu qətliamı dünyaya  tanıtdırmaq üçün çalışır: “10-dan çox ölkənin parlamentində Xocalı  soyqırımı ilə bağlı  qərarlar verilib. Əlbəttə, bu qətliamın tanınması  zaman tələb edir. Amma hesab edirik ki, dünyada ədalət və haqq olacaqsa, bu cinayəti törədənlər də cəzasını alacaq. Çünki bir gecə azərbaycanlılar azər

Davamı

Xocalı – Srebrenitsa: “Qardaşlaşmış kədər”

Milli Məclisin deputatı, Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev xarici mətbuatda Azərbaycan həqiqətləri – Xocalı soyqırımı haqqında növbəti yazı ilə çıxış edib. Modern.az saytı millət vəkilinin məqaləsinin tərcüməsini və yazının xarici mətbuatdakı linkini təqdim edir:

http://fena.ba/article/1002860/fejzijev-kodzali-i-srebrenica-bratska-tuga 

Xocalı – Srebrenitsa: “Qardaşlaşmış kədər”

Cavanşir Feyziyev,
Milli Məclisin deputatı, Fəlsəfə doktoru 

T

Davamı

Marketdən aldığı pomidorun içindən görün nə çıxdı – Bakıda qəribə olay – FOTOLAR

Aldığı pomidorun içindən çiyələk çıxdı.

Bu barədə azxeber.com-a hadisə şahidi məlumat verib. O, Yasamal rayonunda yerləşən marketlərin birindən alış-veriş edərkən pomidor da alıb. Evə gəldikdən sonra o pomidoru kəsib və gördükləri qarşısında şoka düşüb. Belə ki, alınan pomidorun içində hələ yeni cücərməyə başlayan çiyələk olduğu aşkar edilib.

Qeyd edək ki, 2014-cü ildə Nazirlər Kabinetində Geni Dəyişdirilmiş Məhsullarla (GDM) bağlı “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunda edilən dəyişikliyə görə Azərbaycanda GDM-li məhsulların satışı qadağan edilib. Ancaq buna baxmayaraq, hələ də ölkə ərazisində geni dəyişdirilmiş ət məhsulları, kolbasa və sosiskalar, dondurmalar, makaron məmulatları, meyvə-tərəvəzlər və bəzi növ uşaq qidaların

Davamı

Azərbaycanlı kriminal avtoritet həbsxanada öldü

Fevralın 20-də Rusiyanın Tula şəhərində yerləşən həbsxanada kriminal aləmdə “Abbas Tulskiy” adı ilə tanınan Abbasqulu Poladov vəfat edib.

 Abbas Tulskiy (Gəncinskiy) adı ilə tanınan məşhur gəncəli kriminal avtoritet Abbasqulu Poladovun səhhətində ciddi problemləri olub. O, şəkərli diabet xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, Abbasqulu Poladov 1971-ci il yanvar ayının 21-də Gəncə şəhərində anadan olub. “Abbas Tulskiy”in cənazəsi Gəncəyə gətirilərək doğulduğu şəhərdə torpağa tapşırılıb.

Davamı

ADAU-dan Xocalı məktəblilərinə hədiyyə

26 fevral 2018-ci ildə, Xocalı soyqırımı qurbanlarının xatirəsinin anım mərasimindən sonra, Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) tərəfindən Xocalı rayon Təhsil Şöbəsi Kosalar kənd tam orta məktəbinin təmir olunan kimya-biologiya kabinəsinin açılışı olub.
Açılışda iştirak edən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edib və deyib ki, Xocalı faciəsi xalqımızın, bötüvlükdə bəşəriyyət tarixinin ən qanlı səhifələrindən biridir. Rektor bildirib ki, bü gün dövlətimizin diqqət və qayğısı sayəsində məcburi köçkünlər, o cümlədən ,Xocalı sakinləri üçün müasir yaşayış evləri, məktəblər, bağçalar və digər infrastruktur obyektlər istifadəyə verilir. Bununla belə, ADAU ailəsi olaraq, Xocalı məktəbliləri üçün bir hədiyyə etməyi biz də özümüzə borc b

Davamı

Barama “Gələcək üçün Startap” layihəsində əsas tərəfdaş kimi çıxış edir

Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi yerli startapların inkişafına dəstək verməkdə davam edir.  Mərkəz bu dəfə Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin təşkil etdiyi “Gələcək üçün Startap” layihəsində əsas tərəfdaş kimi çıxış edir.  Layihənin əsas məqsədi gənclərin innovasiya sahəsinə marağını artırmaq, onları startup layihələrinin hazırlanmasında istiqamətləndirmək və bununla da gənc sahibkarların və Azərbaycanda startap ekosisteminin inkişafına təkan verməkdən ibarətdir.

 2, 5, 6 mart tarixlərində ADA Universitetində layihə çərçivəsində təşkil olunacaq intensiv təlim və innovasiya konfransı iştirakçılar üçün ideya mərhələsindən başlayaraq real startap layihələrinin hazırlanması istiqamətində yeni imkanlar yaradacaq. Martın 2-də 16-25 yaş arası gənclərin iştira

Davamı

Jurnalist təşkilatı Avropa Parlamentinə müraciət etdi

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Avropa Parlamentinə müraciət ünvanlayıb. Bu barədə JAM sədri Seymur Verdizadə məlumat verib. S.Verdizadə bildirib ki, sözügedən müraciət rus və ingilis dillərinə tərcümə olunaraq, Avropa Parlamenti üzvlərinin elektron ünvanına göndərilib.

Müraciət də deyilir: “Avropa Parlamenti,  Avropa İttifaqı, Avropa Şurası Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Avropa Parlamentinin 09 iyul 2015-ci il tarixli plenar iclasında məruzəçi Eduard Kukanın hazırladığı “Avropa Qonşuluq Siyasətinin nəzərdən keçirilməsi” adlı qətnamə qəbul  edilib. Qətnamədə  Avropa Qonşuluq Siyasəti ölkələri ilə münasibətlərdə dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə dəstək verilməsinin başlıca prinsip olduğu xüsusilə vurğulanır və bu xüsusda bir dövl

Davamı

İdmançımız ermənilərin gözü qarşısında Ermənistan bayrağını tapdaladı – VİDEO

Bu gün Xocalı faciəsindən artıq 26 il ötür. Xalqımız bu qanlı olayı bir an belə unutmur.

Qarabağ həsrətini illərlə ürəyində gəzdirən və iştirak etdiyi hər bir yarışı Qarabağ uğrunda döyüş kimi qəbul edən vətən övladlarından biri də qaydasız döyüş üzrə Avropa Çempionatının gümüş mükafatçısı Azad Məmmədovdur.

Azad Məmmədov 1991-ci ildə BDU – nun Beynəlxalq Münasibətlər fakültəsinə daxil olub. Tələbələrə verilən möhlət hüququndan istifadə etməyərək 1992 – ci ildə könüllü olaraq Qarabağ savaşında iştirak etmək üçün cəbhəyə gedib. Dəfələrlə ölumlə üz – üzə qalmasına baxmayaraq atəşkəs rejiminə qədər qanlı döyüşlərdə iştirak edib.

Bir çox Beynəlxalq yarışlarda Azərbaycan bayrağını yüksəklərə qal

Davamı

Dünya Türk Ordusunun gücündən danışır – Qələbənin sirri nədədir? – VİDEO

Rusiya mediası dünyada gündəm olan, “Zeytun budağı” əməliyyatında hər ötən gün qələbələri ilə irəli gedən Türk Ordusunun gücündən və bu gücün başlıca göstəricilərdiən bəhs edən videoçarx hazırlayıb.

Görüntülərdə Türkiyə Ordusuna məxsus əsas məqamlar qeyd edilib.

Videoçarxda bildirilib ki, Türkiyə vətəndaşları bir illik hərbi xidmətə çağırılır və Türk Ordusu 500 000 nəfərdən ibarətdir. Ehtiyyatda olan qüvvələrinin sayı isə 400 000-dir. Hərbi texnikasının böyük hissəsi Şərqə məxsusdur. Bundan başqa hərbi texnikasında Amerikanın “F16” qırıcıları və “AH-1 COBRA” vertolyotları var. Həmçinin alman tankı “Leopard – 1” və “Leopard – 2” və Amerikanın “M48” tankı hərbi texnikasında yer tutur.

Davamı

Türkiyənin məşhur MAFİYA BABASI Qarabağ qazisi ilə görüşdü – VİDEO

Vətən uğrunda gözünü və bir ayağını itirən gənc Qarabağ qazisi, keçmiş güləşçi Kamil Musavi Türkiyənin məşhur mafiya liderlərindən biri olan Sedat Pekerlə görüşüb.

Görüş S.Pekərin evində gərçəkləşib.  Unikal.org-a danışan K.Musavi S.Pekərin onun Türkiyəyə gəldiyindən xəbər tutaraq, evinə dəvət etdiyini deyib:

“Ermənilərin Xocalı soyqırımında həmvətənlərimizin başına gətirdikləri dəhşətli qətliamla bağlı danışmaq üçün Türkiyə kanalları məni bura çağırıblar. Hazırda qardaş ölkədəyəm.
Türkiyəyə gəldiyimi Sedat Pekərə deyiblər ki, Kamil Musavi gələcək. O da “qonağım olsa, qürur duyaram” deyib”.

Gənc qazi Sedat Pekərlə görüşdən videosunu paylaşıb. O, həm

Davamı

Xocalı haqqında Zori Balayandan TÜKÜRPƏDİCİ ETİRAF

Xocalı soyqırımının ildönümü günündə növbəti dəfə erməni yazarlarının etirafaları yada düşür. Hesab edirik ki, bu soyqırımın nə qədər dəhşətli olduğunu təsəvvür etməkdən ötrü ermənilərin fəxarətlə yazdıqları bu etiraflardan tutarlı fakt ola bilməz.

Xaçatur türk uşağını hissə-hissə doğradı Qarabağ hadisələrinin iştirakçışı, ermənilərin ən çox sevdiyi ideoloqlarından biri, yazıçı-şair Zori Balayan “Ruhumuzun dirçəlişi” adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım haqqında yazır:

“Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha

Davamı

Türkiyə-ABŞ müharibəsi üçün xırda bir səhv…

Suriyada hər hansı kiçik bir hesablama səhvi NATO müttəfiqləri arasında birbaşa müharibəyə səbəb ola bilər.

İngiltərənin “Faynənşl Tayms” qəzeti Vaşinqtonun Suriyada nümayiş etdirdiyi təzadlı mövqeyin Türkiyə ilə müharibəyə gətirib çıxara biləcəyini yazıb.

Yazıda həmçinin Suriyadakı vəziyyətin hazırda Moskva və Tehrandan asılı olduğu bildirilib:

“Moskvanın bu qarışıq vəziyyətdə qana bulanmış investisiyasının zərərini necə kompensasiya edəcəyini görmək belə çətindir. Ötən il Rusiya Prezidenti Vladimir Putin zəfər elan edəcək qədər özündən əmin görünürdü. Ancaq Suriya hazırda idarəolunmaz vəziyyətdədir və Moskva ilə Tehrandan heç olmadığı qədər asılıdır”.  /Axar.az/

Davamı

Erməni və PKK terrorçuları Azərbaycan-Türk Kültür Dərnəyinə hücum etdi – VİDEO

Xocalı soyqırımının 26-cı ildönümü ərəfəsində Niderland Krallığında yerləşən Azərbaycan-Türk Kültür Dərnəyinin Baş ofisinə hücum edilib.

Bu barədə “Ölkə.Az”a açıqlamasında Niderland Krallığında Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın məlumat verib. 

O, hücumun Hollandiyada yaşayan erməni və kürd millətindən olan şəxslər tərəfindən həyata keçirildiyini bildirib:

“Azərbaycanlı millət vəkili Səməd Seyidovun Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Türkiyəyə dəstək çıxışından sonra ofisimizə hücum edilib. Hətta, Türkiyəyə dəstək verdiyimiz üçün bizə bəzi mesajlar da göndərilib. Hücumun erməni və kürd PKK terrorçuları tərəfindən edildiyini ehtimal edirik. Hücum nəticəsində ofisi

Davamı

Saakaşvilinin xanımı sabah Bakıya gəlir

2004-2013-cü illərdə Gürcüstanın birinci xanımı olmuş, SOCO xeyriyyə fondunun təsisçisi və rəhbəri Sandra Elizabet Rulofs (Mixail Saakaşvilinin xanımı) Milli Fikir Mərkəzinin (MFM) dəvəti ilə fevral ayının 27-də Bakıya gələcək.

Rulofs 27 fevral saat 11.00-da MFM üzvləri ilə birlikdə I Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edəcək.
Elə həmin gün saat 14.00-da isə Park Inn hotelin “Dan ulduzu” zalında müəllifi olduğu “Bir idealistin hekayəsi” kitabının Azərbaycan dili tərcüməsinin təqdimatında iştirak edəcək. Saat 19.00-da isə xanım Rulofs “Caspian Plaza”nın III korpusunda 10-cu mərtəbədə mətbuat nümayəndələrinin suallarını cavablandıracaq.
Davamı

Jandarma və polis xüsusi təyinatlıları Afrinə girdi – Təcili

Türkiyənin jandarma və polis xüsusi təyinatlı dəstələri Afrinə daxil olub.

Xüsusi təyinatlı dəstələr Afrinə Kilisin Gülbaba və Hatayın Hassa sərhəd məntəqələrindən girib.

Məlumata görə, ilk dəfədir Afrinə göndərilən jandarma və polis xüsusi təyinatlı dəstələri ilkin mərhələdə azad edilmiş ərazilərdə təhlükəsizliyə nəzarət edəcək və qəfil hücum olmasının qarşısını alacaq. Sonrakı mərhələdə isə Afrinin mərkəzində məskunlaşma ərazilərində gedən və mülki vətəndaşların təhlükəsizliyi baxımından həssaslıq tələb edən döyüşlərdə iştirak edəcəklər.

Qeyd edək ki, Türkiyədə jandarma və polis xüsusi təyinatlıları TSQ Baş Qərargahının sərəncamına verilmişdi.   /Axar.az /

Davamı

PKK lideri Türkiyəyə təhvil veriləcəkmi?

PKK/PYD terrorçu təşkilatının lideri Saleh Müslümün İnterpolun xətti ilə Çexiyada həbsi Türkiyənin uğuru sayıla bilər.

Bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi bildirib ki, sözügedən məsələ heç də sadə deyil:

“Əsas sual odur ki, Çexiya Saleh Müslümü Türkiyəyə ekstradisiya edəcəkmi? Məsələ burasındadır ki, Avropadakı PKK yaraqlıları və onların Avropanın siyasi kuluarlarındakı dəstəkçiləri əllərindən gələn hər şeyi edəcəklər ki, Saleh Müslüm Türkiyəyə göndərilməsin. Bu yerdə Abdullah Öcalanın həbsini xatırlamaq yerinə düşər. PKK-nın liderini Türkiyəyə təhvil verməmək üçün onu ölkədən ölkəyə göndərdilər. Öcalanı əvvəlcə Suriyadan qovdular, o da Rusiyaya, oradan İtaliya və Yunanıstana keçdi və ən nəhayət Keniyada gizli şəkildə həbs ol

Davamı

“Xocalı faciəsinə qarşı biganəlik qəbuledilməzdir” – Rusiyanın “Nezavisimaya” qazeti

Rusiyanın “Nezavisimaya” qazeti Xocalı qətliamı ilə bağlı geniş yazı dərc edib. BakuPost həmin yazını təqdim edir: 
Müəllif: Nikolay Aqafonov
Bu gün Azərbaycan təkcə öz bölgəsində deyil, həm də dünya arenasında nüfuz sahibi olan güclü və müstəqil dövlətdir. Respublika BMT, Avropa Şurası, ATƏT, İƏT kimi beynəlxalq təşkilatların üzvüdür, ölkənin müsbət imici formalaşıb və onun iqtisadiyyatı çox böyük templərlə artmaqdadır. Azərbaycan digər dövlətlərlə qarşılıqlı faydalı tərəfdaşlıq münasibətləri qurmağa çalışır. Lakin hələ də həllini tapmamış bir problem var ki, o da bütün Azərbaycan xalqının ağrılı yeridir. Bu, Dağlıq Qarabağ problemi və orada baş vermiş dramın nəticəsində bir çox azərbayc

Davamı

Belçikanın paytaxtı Brüssel şəhərində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

Fevralın 24-də Belçikanın paytaxtı Brüssel şəhərində Belçika-Azərbaycan Dostluq Cəmiyyəti, Belçika Türk Media Birliyi və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 26-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəklədiyi “Avropada Xocalı həftəsi” layihəsi çərçivəsində keçirilən tədbirə bu ölkəyə səfər etmiş Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident Administrasiyasının sektor mudiri Qafar Əliyev, ATXƏM-in sədri İlham İsmayilov və ATXƏM-in icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin də iştirak edib. Tədbiri giriş sözü ilə açan Belçika Türk Media Birliyinin başqanı Hüseyn Dönməz Azərbaycanın tarixi torpaqları olan Qarabağın işğalını gerçəkləşdirmək üçün erməniləri

Davamı

Bakının ortasında “Kalaşnikov”la gəzən şəxs saxlanıldı – FOTO

Polis əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Bu barədə  daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Nəqliyyatda Baş Polis İdarəsinə Bakı Dəmiryolu Vağzalının ərazisində Arif adlı şəxsdə odlu silah-sursat olması barədə məlumat daxil olub. Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs – Sumqayıt şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Arif Kiçiknicat saxlanılıb. Baş İdarədə hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman “AKM” markalı avtomat və içərisində 9 ədəd patron olan daraq aşkar olunara

Davamı

Azərbaycanlı politoloq Puerto-Riko mətbuatında erməniləri ifşa etdi

Beynəlxalq məkanda tanınmış azərbaycanlı politoloq Mahir Qurbanovun Puerto Riko mətbuatında Azərbaycan həqiqətləri ilə bağlı yazısı dərc olunub. Azərbaycanlı politoloqun bu günə kimi Puerto Riko mətbuatında heç kəsin əldə edə bilmədiyi uğura nail ola bilməsi İspaniyada böyük ajiataja səbəb olub. Mahir Qurbanov iki həftədən artıq müddətdə bu yöndə çalışsa da, nəhayət məqsədə çatmağa müvəffəq oldu. Beləliklə Mahir Qurbanov Azərbaycan həqiqətləri ilə bağlı yazılan siyasi təhlili Puerto Riko mətbuatına ilk dəfə dərc olunmasına nail olmağı bacardı.
Azərbaycanlı politoloq Puerto Rikonun nüfuzlu dövlət jurnallarının birində- “DİALOGO UPR” (Puerto Riko Universitetinin Dialoq elmi jurnalı) jurnalında “Asiya ərazisində tolerant olmayan ölkələrə qarşı Azərbaycanın mübarizəsi” başlıqlı yazı ilə erməniləri ifşa

Davamı

Xocalı şahidi danışır: “2 yaşlı oğlumun ölümü qarnımdakı qızımı xilas etdi” – VİDEO

Bu gün “Xocalı” faciəsinin 26 ili tamam olur.

“Qafqazinfo” sözügedən soyqırıma öz gözləri ilə şahidlik edən qadın Rəhilə Quliyeva ilə görüşüb. Onun dəhşətli həyat hekayəsini dinləyib. Faciə baş verən gün R. Quliyeva 3 aylıq hamilə imiş. Həmin gün o, 2 yaşlı oğlunu, həyat yoldaşını, qayınana, qayınatasını və digər qohumlarını itirib.

Ən dəhşətlisi odur ki, 2 yaşlı oğlu ölümü ilə anasını və dünyaya gələcək bacısını ölümdən qurtarıb.

Yaşadığı dəhşətləri öz dilindən eşitmək üçün Rəhilə Quliyeva ilə bağlı hazırladığımız videomaterialı təqdim edirik:

https://youtu.be/QnQCz7HXE74

Davamı

Avropa Parlamentinin üzvləri ilk dəfə “Xocalı BƏYANATI” verdilər

Avropa Parlamentində (AP) yenicə yaradılmış “Azərbaycanın Dostları Klubu”nun üzvləri tərəfindən Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı bəyanat qəbul edilib. 

Bəyanatın qəbul edilməsi ilə bağlı təşəbbüs Avropa Parlamentinin Latviyadan olan deputatı, AP Xarici Əlaqələr Komitəsinin üzvü və “Azərbaycanın Dostları Klubu”nun həmsədri Andrey Mamikins tərəfindən irəli sürülüb. Bu bəyanat Xocalı qətliamı ilə bağlı Avropa Parlamenti çərçivəsində qəbul edilmiş ilk sənəddir.

Bəyanatda Azərbaycan xalqının 1992-ci il 25 fevraldan 26 fevrala keçən gecə Xocalıda törədilmiş amansız cinayətlə üzləşməsi, nəticədə 613 mülki şəxsin, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı insanın həyatını itirməsi, yüzlərlə insanın ağır yaralanması və 1275 nəfərin əsir

Davamı

Roma Papasından Xocalıda soyqırımı törədən ermənilərə ŞOK MƏXFİ MƏKTUB: “İmkan olarsa…”

Keçmiş Roma Papası II İohan Pavel 1992-ci il Xocalı soyqırımından sonra bu qətlimı törədən ermənilərə məxfi məktub göndəribmiş.

 II İohan erməniləri yaratdığı Dağlıq Qarabağ özünümüdafiə dəstələri və rus qoşun birləşmələrinin generallarına məxfi məktubunda Xocalıda baş verənləri “din uğrunda savaş” adlandırır və yazır: “İmkan olarsa, Xocalıya gəlib orada həlak olan erməni qardaşlarımın ruhu qarşısında və döyüş məkanlarında baş əyəcəm”.

“Erməni terroru: Qarabağda müharibənin başlaması. hadisələr…faktlar…” kitabında qeyd edilir ki, Roma Papası “din uğrunda savaş” kimi qiymətləndirdiyi Xocalıda azərbaycanlıları qətlə yetirən ermənilərə və rus ordusunun əsgərlərinə dua edəcəyini məktubunda qeyd edir.
Məxfi mək

Davamı

Müharibə üçün tarix verildi: İki ölkə qanlı savaşa başlayır

Yaxın Şərqdə böyük müharibənin anonsu verilib.

Artıq İran və İsrailin bir-birilə müharibəyə başlayacağı və bu müharibənin 2019-cu ilə təsadüf edəcəyinə dair proqnozlar var. Bölgədəki prosesləri təhlil edən “The National Interest” nəşrinin mütəxəssisləri bu qənaətə gəlib.

Məqalə müəlliflərinin fikrincə, artıq İran bölgədə böyük aktivlik nümayiş etdirir. İnqilab Keçikçiləri Korpusunun döyüşçüləri Suriyada müharibədə iştirak edir. İran həmçinin “Hizbullah”ı dəstəkləyir.

Artıq fevralın birinci yarısında iki ölkə açıq-aydın qarşı-qarşıya gəlib: “İsrail hərbçiləri İrana məxsus pilotsuz uçuş aparatını vurub. İran tərəfi də buna cavab zərbəsi endirib. Daha doğrusu, Suriyanın əli ilə İsrailə məxsus F-16 vurulub. Əgər

Davamı

PKK-lılar arasında qarşıdurma: 30-dan çox terrorçu edam edildi – FOTO

Terror təşkilatı PKK Afrinin Raco və Cinderesə yeni başçılar təyin edib.

 Hüseyn Gabar adlı terrorçu Racoya, Mani Agid adlı terrorçu isə Cinderesə göndərilib.

“Zeytun budağı” əməliyyatı başladıldıqdan sonra terror təşkilatının daxilində yaşanan qarşıdurmalar nəticəsində 30-dan çox terrorçunun edam edildiyi bildirilib. Belə ki, əldə edilən məlumatlara görə, fevral ayının əvvəllərindən Cinderes və Racoda Afrinli terror təşkilatının üzvləri ilə Kandildən gələn terrorçular arasında gərginlik yaşanıb. Terror qruplaşmasının üzvləri arasında yaşanan gərginlik TSQ-ASO-nun irəliləməsi ilə birlikdə təxribata çevrilib.

PKK-nın idarə mərkəzi olan Kandil yaşanan təxribata müdaxilə etmək məqsədiylə Raco və Cinderesə yeni liderlər

Davamı

Mövlüd Çavuşoğlu: Xocalı faciəsinin bir daha təkrar olunmasına izin verməyəcəyik

“Xocalı faciəsini unutmadıq və bu faciənin bir daha təkrar olunmasına izin verməyəcəyik”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu “Twitter”dəki səhifəsində yazıb.

M.Çavuşoğlu qeyd edib: “Xocalıda yüzlərlə azərbaycanlı qardaşımız, soydaşımız vəhşicəsinə qətlə yetirildi”.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 127

Davamı

Suriyada 5 qruplaşma Rusiyaya qarşı birləşdi

Suriyadakı 5 qruplaşma Şərqi Qutada vahid idarəetmə mərkəzi yaratmaq barədə razılıq əldə edib.

Bu barədə informasiyanı Suriyada Döyüşən Tərəflərin Barışdırılması Mərkəzi yayıb. Mərkəz Əsədə qarşı ittifaq yaradan qrupların Ceyş əl-İslam, Nüsrə Cəbhəsi, Əhrar əş-Şam, Feylak ər-Rəhman və Fəcr əl-Umma olduğunu bildirib.

Qeyd edək ki, son günlər Şərqi Qutada vəziyyət gərginləşib. Suriya ordusu Rusiyanın dəstəyi ilə bölgədə genişmiqyaslı əməliyyatlara başlasa da? hələlik heç bir uğur əldə edə bilməyib.   /Axar.az/

Davamı

Qoy, azərbaycanlılar məni bağışlasın… – Rus polkovnik

Dünyada elə şəhərlər, kəndlər var ki, dəhşəti, faciəni, kütləvi qırğını anlamaq üçün təkcə o yerlərin adlarını yada salmaq kifayətdir – Xolokost, Xocalı kimi…

Dünyada elə mili qırğın ilhamvericiləri var ki, onları bir sözlə də ifadə etmək olur – faşistlər, daşnaklar kimi…

Xolokost yəhudi, Xocalı azərbaycanlıların qırğınının adıdır.

Faşizm yəhudi, daşnak türk soyqırımının səbəbkarıdır.

Yalnız bir fərq var: bütün dünya faşizmi lənətlədi, faşist işğalının qarşısını aldı, Xolokost faciəsini etiraf etdi… Ancaq bütün dünya daşnakı dəstəkləyir, erməni işğalını dayandırmaq istəmir, Xocalı faciəsini etiraf etmir…

***

Davamı

Tariximizin qanlı səhifəsi: Xocalı soyqırımından 26 il ötdü

Bu gün Azərbaycanda Xocalı faciəsinin 26-cı ildönümü qeyd edilir. 1988-ci ildən başlamış Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli hadisələrdən biri Xocalıda baş vermiş soyqırım oldu.
1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etdilər. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur oldular. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edildi. Bir gecənin içərisində qədim Xocalı yerlə yeksan edildi.
Davamı

Türkiyə Afrinə kürd diviziyasını göndərir – Terrorçuları şok edən TAKTİKA

Azad Suriya Ordusu (ÖSO) komponentlərindən Həmzə Diviziyası tərəfindən yaradılan Kürd Şahinləri Briqadası Zeytun Budağı Hərəkatında YPG/PKK-DEAŞA qarşı döyüşmək üçün hazırlıqlarını tamamlayıb. Kürd Şahinləri Briqada, terror təşkilatı YPG/PKK-DEAŞA qarşı döyüşmək üçün Afrine girir.
Afrinlilərdən ibarət briqada 400 kürd döyüşçüsü xüsusi təlimdən keçiblər.
Kürd Şahinləri Briqadasının Baş Komandanı Həsən Abdulla, Bəndəli “Biz, Azez bölgəsinin Kürdləriyik. Biz Həmzə Diviziyasının nümayəndələriyik. İnşallah Afrinə çatacağıq. İnşallah Afrindəki xalqımızı PKK zülmündən xilas edəcəyik” deyib.

Davamı

“Türkiyəyə qarşı ədalətsiz mövqe tutanlar Xocalıya baxsınlar” – Əli Həsənov İstanbuldan dünyaya səsləndi

Açılış mərasimində böyük izdiham yaşanıb

İstanbul, 25 fevral, AZƏRTAC

Fevralın 25-də İstanbul şəhərinin Bağcılar rayonu ərazisində böyük ərazini əhatə edən Azərbaycan Dostluq Parkının və burada ucaldılmış Xocalı soyqırımı abidəsinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, İstanbul valisi Vasip Şahin, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Mövlud Uysal, Bağcılar rayon bələdiyyəsinin sədri Lokman Ç

Davamı

Əcnəbilər azərbaycanlı qızlarda nələri bəyənmir? – 8 DAVRANIŞ

Bakılı qızlar dünyanın ən gözəl xanımları sırasındadır.  Ölkəmiz inkişaf etdikcə turistlərimizin sayı da artır. Təbii ki xarici qonaqlarımız da bizim xanımları çox bəyənir. Amma onların bizim xanımlarımızda bəyənmədiyi bəzi məqamlar da var.

Moderator.az xarici kişilərin bakılı qızlarda gördüyü qüsurları təqdim edir:

Makiyajdan ifrat istifadə…
Bütün xanımların əsas dərdi makiyajdır. Hər bir xanım evdən çıxırsa mütləq kosmetik vasitələrdən istifadə edəcək. Bəyənilməyən əsas  eyib “tonalnıy” kremi üzünə ovucla yaxan qızlara aiddir. Krem altında gizlənən qızlar da xaricilərin diqqətindən yayınmayıb. 

Davamı

Sənət adamlarının ailələrinin dağılma səbəbləri: “Soyunub kişi ovuna çıxırlar”

Həm dünyada, həm də Azərbaycan cəmiyyətində müğənnilərlə bağlı müəyyən fikirlər formalaşıb. Sənət adamları xüsusilə gənc müğənnilər ya ailəsi dağılandan sonra sənətə gəlirlər ya da sənətə gələndən sonra boşanırlar.

Maraqlıdır, problem nə ilə bağlıdır? Bu, cəmiyyətdə formalaşan fikirdi yoxsa həqiqətən gənc müğənnilər boşanmağa meyllidir?

Sosioloq Əhməd Qəşəmoğlu Modern.az saytına açıqlamasında deyib ki, bütün dünyada, o cümlədən Azərbaycanda sənət adamlarına qarşı bu cür münasibəti müşahidə edirik:

“Bu problemin cavabı sosial pxisologiyada öz əksini aydın tapıb. İnsanın hər hansı bir davranışı üç güclü amilin təsiri altındadır: Mühit, insanın aldığı informasiyalar, onun üstünlük verdiyi dəyərlər.

Davamı

Piylənmə, bağırsaq xərçəngi, diabet və insultdan qoruyan MADDƏ

Amerika alimləri araşdırmalar zamanı aşkar ediblər ki, həll olunmayan qidalı liflərin qəbulu piylənmə, metabolik sindrom, bağırsaq xərçənginin qarşısını alır.

Qidalı liflər bağırsaqlarda faydalı mikrobların çoxalması üçün şərait yaradır ki, bu da həm həzm prosesləri, həm də immun sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir.

Araşdırmanın nəticələri Cell Host & Microbe jurnalında dərc olunub.

Metabolik sindrom çox yayılmış pozulmadır ki, bu zaman insanda piylənmə (xüsusilə qarın nahiyəsində piylərin yığılması), arterial təzyiqin artması, qanda şəkərin və xolesterolun yüksəlməsi kimi ciddi simptomlar əmələ gəlir. Bütün bunlar şəkərli diabet, infarkt və insultun riskini kəskin artırır.

Ali

Davamı

“Muğam Dünyası” klubu Şəhidlər muzeyində

“Xocalıya Ədalət” kompaniyası çərcivəsində, ”26 il Xocalı bugünkü gəncliyin gözü ilə” adlı tədbir keçirilib.

“Həqiqət” tarixi araşdırmalar İctimai birliyi, ƏSMID nəzdində Muğam Dünyası klubu, Milli Azərbaycan Tarixi Muzeyinin muzeyşunaslar və muzey sevərlər klubunun dəstəyi ilə Şəhidlər muzeyini ziyarət etdilər.

Muğam Dünyası klubunun sədri Nicat Müslümov Xocalı faciəsindən söz açıb:

“Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, 3 nəfər diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları və başları kəsilib, göz

Davamı

Qənirə Paşayevadan Hollandiyanın ermənipərəst qərarına qarşı BİRLİK ÇAĞIRIŞI

Millət vəkili Q. Paşayeva İstanbulda Xocalı soyqırımı ilə bağlı tədbirdə Hollandiya parlamentinin qərarı və Fransa prezidentinin qondarma erməni soyqırımı ilə bağlı açıqlamasına sərt etiraz edib və Türk diaspor təşkilatlarına çağırış edərək ciddi mübarizə və birlik zamanıdır deyib.

İstanbulda İSTAD-ın Xocalı soyqırımı ilə bağlı təşkil etdiyi tədbirdə geniş məruzə ilə çıxış edən millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva dünyanın hər yerində yaşayan diasporumuza və diaspor təşkilatlarına çağırış edib. O, Fransa prezidentinin qondarma erməni soyqırımı ilə bağlı heç bir tarixi əsası olmayan ədalətsiz açıqlamalarından, Hollandiya Parlamentinin qondarma erməni soyqırımını tanıyan ədalətsiz qərarından danışıb və dünyanın hər yerində yaşayan türk insanının bunlardan narahat

Davamı

Yəhudisayağı ticarətin QIZIL QAYDALARI – Onların niyə çoxlu pulu var?

Niyə yəhudilər var-dövlət yığmaqda pərgardırlar? Onların ticari müdrikliyinin sirri nədədir? Niyə məhz yəhudi xalqına ticarət işlərini asanlıqla aparmaq və var-dövlətini artırmaq nəsib olur?

Hələ qədim salnamələrdə yəhudilərin pulla rəftarı ilə bağlı qeydlər yazılırdı və yüz illər ərzində bu qayda-qanunlar az da olsa dəyişilməyib, əksinə daha geniş miqyasda inkişaf edib.

Abramoviçin yazdığı “Yəhudisayağı biznes. 67 qızıl qayda” kitabını araşdıraraq oradan hər iş adamına faydalı olacaq 22 vacib qaydanı seçmişik.

1. Şərikinin əmlakı öz əmlakın kimi əziz olmalıdır. Öz mal-mülkünün qeydinə qaldığın kimi dostunun malından da muğayat ol. Hələ heç kim yəhudi ortağının ona badalaq gəldiyini deyə bilmə

Davamı

Türk ordusunun son zəfəri: Afrinin xəritəsi dəyişdi – FOTOLAR

Türkiyə Silahlı Qüvvələrinin Afrində terrorçulardan azad etdiyi son 5 kənd strateji cəhətdən kritik önəmə sahib olub.
Son azad edilən kəndlərlə birlikdə türk ordusu şimaldakı cəbhələri birləşdirib.
Beləliklə daha bir istiqamətdə terrorçuların Türkiyə sərhədi ilə əlaqəsi kəsilib. Bununla da eyni zamanda Racu-Bülbül xətti birləşdirilib.
Qeyd edək ki, terrorçuların əlində Türkiyə sərhədi ilə əlaqəsi olan yalnız 5 kilometrlik bir sərhəd xətti qalıb.  /Axar.az/

Davamı

“Türkiyə və Azərbaycanın dollardan imtinası asan deyil”

İqtisadçı: “Heç bir iş adamı rahat yolu qoyub daha çətin yola getməz…”

“Yaxın zamanda Azərbaycan və Türkiyə öz milli valyutaları ilə ticarət həyata keçirə biləcək”. Bu sözləri Türkiyənin ölkənin iqtisadiyyat naziri Nihat Zeybekçi bildirib. Nazir qeyd edib ki, Azərbaycan və Türkiyənin milli valyutaları ilə ticarət etməsi çox vacibdir. 

“Bununla bağlı hər iki ölkənin Mərkəzi Banklarına həm Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan, həm də Azərbaycan Prezidenti İlham Əliyev müvafiq təlimatlar verib. Hazırda texniki işlər demək olar ki, yekunlaşıb”, – deyə o qeyd edib. Nazir iki ölkə arasında sərbəst ticarətin həyata keçirilməsi ilə bağlı müzakirələrin aparıldığını da deyib. 

Xatırladaq ki, bir müddət əvvəl Rusiya v

Davamı

Rusiya qisasını aldı: İki minə qədər Amerika əsgəri məhv edildi

Rusiyanın beşinci nəsil Su-57 qırıcıları Suriyada Şərqi Qutaya güclü zərbələr endiriblər.

Bu barədə xəbəri REX informasiya agentliyi Suriya KİV-ə istinadən yayıb. Qeyd olunur ki, nəticədə şəxsi hərbi şirkətlərin (ŞHŞ) tərkibində fəaliyyət göstərən 2 minə qədər Amerika əsgəri həlak olub.

Agentliyin məlumatına görə, ABŞ Dövlət Departamentinin nümayəndələri Moskvaya zəng etməyə çalışıblar, ancaq orada onlara heç kim cavab verməyib.

Xatırladaq ki, fevralın 7-də Suriyanın Deyr- ez-Zora əyalətində Amerika aviasiyasının zərbələri nəticəsində respublika ərazisindəki döyüşlərdə iştirak etmiş təxminən 100 nəfər Rusiya vətəndaşı həlak olmuşdu.  /Virtualaz.org/

Davamı

Oğlunu bacısıgilə göndərib sevgilisi ilə görüşən qadın öldürüldü – TƏFƏRRÜAT

Daşkəsən rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı bəzi təfərrüatı məlum olub.

Əhmədli kəndində qətlə yetirilən eyniadlı kəndin 1975-ci il təvəllüdlü sakini Abbasova Mahizər Məhəmməd qızı əvvəllər bir dəfə ailəli olub və evlilikdən bir qızı və bir oğlu var.

Qadının qızı ərdədir və bir uşaq anasıdır. Oğlu isə 15 yaşındadır və hazırda Əhmədli kənd orta məktəbində oxuyur.

M.Abbasova rayonun 1978-ci il təvəllüdlü Çanaqçı kənd sakini Qorxmaz Bağırova görə öz ərindən boşanıb və illərdir özündən 3 yaş böyük olan Q.Bağırovla vətəndaş nikahında yaşayır. Eyni zamanda, Q.Bağırovun Çanaqçı kəndində rəsmi ailəsi və övladları var. Lakin məlumata görə isə, artıq o da, həyat yoldaşından boşanıb.

Davamı

Ermənistan ordusuna ağır zərbə

“Ermənistan ordusuna böyük zərbə vuruldu”.

“Hürriyyet” qəzeti erməni hərbi birləşmələrinin təxribatı nəticəsində cəbhədə başlanan döyüşlər haqda yazıb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına istinad edən qəzet Ermənistan ordusunun dünən gecə cəbhə xəttinin Xocavənd və Füzuli istiqamətindəki strateji yüksəklikləri ələ keçirmək məqsədilə ağır silahlarla hücuma keçdiyini yazıb.

“Azərbaycan Ordusu isə hücuma qarşılıq verib. Şiddətli döyüşlər nəticəsində Azərbaycan Ordusu Ermənistan ordusuna ağır zərbə vurub”, – deyə qəzetin məlumatında bildirilir.    /A24.Az/

Davamı

Adnan Oktardan şok açıqlama: Ermənilərlə qardaş olacağıq – VİDEO

Saytımız Türkiyədəki A9 kanalının sahibi, dini kitabların müəllifi və kanalında gündəlik, canlı yayımladığı verilişlərin aparıcısı olan Adnan Oktarın Musavat.com-a müsahibəsini təqdim edir:

– Radio və televiziya şurası (Radio ve televizyon Üst kurulu) tərəfindən “gizli reklam” və başqa səbəblərlə A9 kanalına külli miqdarda pul cəzası kəsildi. “Adnan Oktarla söhbətlər” verilişi isə Yutub və sosial şəbəkələr üzərindən yayım etdiyi üçün şura bura müdaxilə edə bilmir. Nə vaxtsa belə təhlükə ilə üz-üzə qalacağınızı bildiyiniz üçün yayımı sosial şəbəkələrdə etmək qərarına gəldiniz?
 
– Şuranın nələrdən narahat olduğunu, nələri riskli gördüyünü, nələri qadağan etdiy

Davamı

Üçüncü Dünya Müharibəsinə bir addım: Böyük savaşa hazırlıq

Suriya üzərində fövqəlgüclərin və bölgədə marağı olan digər dövlətlərdən ibarət yeni hərbi-siyasi bloklarl formalaşır. Son dövrlər iki qütbə daxil olan ölkələr arasında gərginlik getdikcə artmağa başlayıb. Rusiya, Türkiyə və İranın taktiki ittifaqından ibarət hərbi blok artıq Suriyada oturuşub. Suriyada geosiyasi cəhətdən möhkəmlənmək istəyən ABŞ isə alternativ cəbhəni formalaşdırmaq üçün NATO-dakı müttəfiqlərini prosesə cəlb etmək planını işə salıb. Yaxın Şərqdə yaranmış vəziyyət bir növ Birinci Dünya Müharibəsində “Antanta” ilə “Dördlər İttifaqı”, İkinci Dünya Müharibəsində Almaniya, İtaliya və Yaponiyanın daxil olduğu nasist bloku ilə SSRİ, Böyük Britaniya və ABŞ-ın qurduğu ittifaqın qarçıdurmasına bənzəyir. 

Əvvəlki iki dünya müharibəsi Avropa qitəsində baş veribs

Davamı

“Zeytun budağı” ƏN KRİTİK MƏRHƏLƏSİNDƏ – Bombardman başladı

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu tərəfindən Suriyadakı terrorçulara qarşı həyata keçirilən “Zeytun budağı” hərəkatı 36-cı günündə uğurla davam edir.
Cinderes bölgəsindəki terrorçu mövqeləri türk helikopterləri tərəfindən gecə boyunca bombardman altında saxlanılıb. Qırıcı təyyarələr isə Məbədli və Şərandakı hədəfləri məhv edib.
Afrin şəhərinin şərqindəki Təl Rüfət bölgəsindən YPG-li terrorçular geri çəkilib və Bəşər Əsədin qüvvələri həmin bölgəyə daxil olub.
Hərəkatın ehtimal olunan ən kritik mərhələsi rejim ilə PKK-nın ortaq nəzarətində olan Təl Rüfət bölgəsinin və Hələb-Afrin marşrutunun ələ keçirilməsi olacaq. TSQ artıq bu bölgələri mühasirəyə almağa və təzyiq göstərməyə başlayıb.

Davamı

Jirinovski: “Vurulan hər təyyarəyə görə bir baza məhv edəcəm”

Yaxın zamanlarda hər kəsi məcbur edəcəm ki, Rusiyaya hörmət etsinlər.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.

“İstərdim ki, bizim ölkə heç vaxt heç nəyi bağışlamasın. Bu qəbuledilməzdir. Mən hər kəsi ölkəyə hörmət etməyə məcbur edəcəyəm. Bundan sonra heç kim rus təyyarəsini vurmağa cəsarət etməyəcək. Vurulan hər təyyarəyə görə aqressorun mərmisinin havalandığı bir aviabaza məhv ediləcək.

Dünyada heç kimin Rusiyaya gülməyə haqqı yoxdur. Tezliklə, hər kəs rus dilini öyrənəcək. Dünya özü bizə hər şeyi verəcək. Artıq sanksiyaları Vaşinqton və ya Brüssel yox, Moskva tətbiq edəcək. Rusiya mütləq yenidən oyanacaq”, – deyə o bildirib.  /Axar.az/

Davamı

Qənirə Paşayeva Edirne Türk və Ülkü Ocaqları, gənclər,qadın təşkilatları ilə Xocalıdan danışıb

Millət vəkili Qənirə Paşayeva Edirne Türk və Ülkü Ocaqları, gənclər,qadın təşkilatları ilə Xocalıdan danışıb.

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Edirne Türk Ocaqları, Edirne Ülkü Ocaqları rəhbərliyi və üzvləri, qadın və gənclər təşkilatlarının rəhbərləri, bu vilayətdə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb, fikir mübadiləsi aparıb. Edirne  Türk Ocakları və Ülkü Ocaqları rəhbərliyi və üzvləri, gənclər və qadın təşkilatları rəhbərləri görüş zamanı Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək niyyətində olduqlarını söyləyiblər. Qarabağ münaqişəsi, Xocalı Soyqırımı barədə də danışan millət vəkili Qənirə Paşayeva bu məsələnin harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk insanının

Davamı

Böyük amnistiya ilə bağlı RƏSMİ AÇIQLAMA- VİDEO

“Bu yaxınlarda ölkədə böyük həcmli əfv sərəncamının verilməsi gözlənilir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov deyib.
“Bununla bağlı hazırda ciddi işlər gedir. Düzdür, bu, cənab prezidentin səlahiyyətində olan məsələdir, amma deyə bilərəm ki, bu yaxınlarda böyük əfv sərəncamı gözlənilir”, – deyə o qeyd edib.

https://youtu.be/oM6jMKAnrwE

Davamı

Okeanın dibində çəkilən UNO-ların görüntüsü mediaya necə sızıb? – VİDEO

Bu günə qədər UNO-lara daha çox səmada rast gəlindiyinə dair məlumatlar yayılıb. Yadplanetlilərin yalnız səmada dolaşdığına dair təsəvvürlərimiz, sən demə, doğru deyilmiş.

Atlantik okeanının dərinliklərində də UNO-lara rast gəlinib.

Amerikan Dəniz dibini araşdırma mərkəzi olan “USS Trepang” Atlantik okeanının dərinliklərində UNO-lara aid olduğu bildirilən görüntüləri qeydə ala bilib.

Görüntülər ilk dəfə Fransanın “Top Secret” jurnalında yayımlanıb. Aleks Mistretta adlı araşdırmaçı görüntülərin 1971-ci ildə “USS Trepang SSN 674” qrupu tərəfindən çəkildiyini iddia edib.

“1971-ci ilin martında ABŞ Hərbi Dəniz Donanması bağlı “USS Trepang (SSN 674)” adlı admiral Dean Reynolds Sackettin komandası Atlantik okeanında

Davamı

Əli Həsənovun daha bir nəvəsi barədə qalmaqal – Qudurğanlığın “yaşıl izi”

On illər təkcə paytaxt Bakıda deyil, ətraf şəhər və qəsəbələrdə abadlıq işləri gedir. Belə şəhərlərdən biri də Sumqayıtdı. 2015-ci ilin payızından Sumqayıtda böyük bir abadlıq işlərinə başlandı. Dənizkənarı bulvarı tamamilə yenidən quruldu, böyüdüldü. Şəhərdə yaşayış binalarının damları təmir edilir, avtomobil yolları genişləndirilir, asfalt örtüyü təzələnir. Hətta məhəllədaxili yollar belə abadlaşdırılır. Binalar əsaslı şəkildə təmir edilir. Yüzlərlə yaşayış binalarının zirzəmilərindən çirkab sular təmizlənib.

Xatırladaq ki, ölkə prezidenti İlham Əliyev son illər Sumqayıtda olarkən görülən işləri təqdir edib, abadlıq işlərini yüksək qiymətləndirib, şəhər rəhbərliyinə gördükləri işlərə görə təşəkkür edib.
Davamı

“Uşaqpulu” artırıldı – SƏRƏNCAM

Prezident İlham Əliyev uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanların sosial müdafiəsini gücləndirmək məqsədilə uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılsın.

Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vers

Davamı

Sabahdan seçicilərə səsvermə vəsiqəsinin verilməsinə başlanılacaq

Sabahdan Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində seçicilərə müvafiq dairə seçki komissiyaları tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsinə başlanılır.

Bu barədə prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında qeyd edilir.
Təqvim Planına əsasən, qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsi dairə seçki komissiyaları tərəfindən səsvermə gününə 45-25 gün qalanadək, yəni 2018-ci il fevralın 25-dən martın 17-dək verilir.

Qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsi məntəqə seçki komissiyaları tərəfindən isə səsvermə gününə 24-3 gün qalanadək, yəni 2018-ci il martın 18-dən aprelin 8-dək verilir.
Qeyd edək ki, bu il apreli

Davamı

Xərçənglə mübarizədə yeni silah

ABŞ alimləri DNT-dən çıxardıqları nanorobotlar sayəsində xərçəng hüceyrəsini təsirsiz hala gətirərək şişləri kiçiltməyi bacardı.

Elm insanları, DNT-dən etdikləri nanorobotlarla xərçəng hüceyrələrinə gedən oksigen və enerjini kəsmənin yolunu kəşf etdi.

A24.az deyerler.org-a istinadən bildirir ki, İngiltərədə nəşr olunan The Times qəzetinin elmi müxbiri Oliver Mudinin xəbərinə görə kiçik heyvanlar üzərində aparılan sınaqlarda bu üsulun heç bir zərərli yan təsiri də görülmədi.

Nature Biotechnology jurnalında nəşr olunan araşdırmaya görə mikroskopik DNT robotları siçanlar üzərindəki sınaqlarda şişləri kiçiltməyi bacardı.

Araşdırmanı icra edən Arizona Dövlət Universitetinin biokimya professoru Hao Yan dedi:

Davamı

ABŞ-dan Rusiyaya növbəti zərbə – Tarix AÇIQLANDI

Ən yaxın bir neçə həftə ərzində ABŞ-ın Maliyyə Nazirliyi Rusiya Federasiyasına qarşı yeni sanksiyaları açıqlayacaq.
Bu haqda Maliyyə Nazirliyinin başçısı Stiven Mnuçin Ağ Evdə jurnalistlərə bildirib.
“Biz Rusiyaya qarşı sanksiyalar üzərində işləyirik. Biz bir neçə növbəti həftə ərzində Ağ Evdə yenidən bu barədə danışacağıq. Biz seçkilərə müdaxiləni nəzərdən keçiririk. Biz FTB ilə sıx işləyirik və onlar bizə son iddialar üzrə informasiyanı verirlər”, – məmur əlavə edib.  /Publika.az/

Davamı

Bakı İrana körpü tikir, 500 milyon kredit verirsə… – Politoloq

Türkiyənin Azərbaycana olan münasibətinin eynisini İrandan tələb etməyə haqqımız var.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, Azərbaycan indiki dönəmdə İranla daha çox ticarət əlaqələrini inkişaf etdirməlidir:

“Azərbaycan İran üçün çox böyük həyati əhəmiyyətə malik olacaq Şimal-Cənub dəmir yolu layihəsinin reallaşmasına böyük köməklik göstərir. Hətta Astara çayı üzərində körpü ortaq tikilməli olduğu halda, Azərbaycan bu işi təkbaşına yerinə yetirdi və 40 milyon dollardan çox vəsait xərclədi. İndi isə Bakı İrana çox cuzi faizlə yarım milyard dollar vəsait verir ki, Tehran Astara-Rəşt dəmir yolunun inşasını sürətlə başa çatdırsın. Bütün bunlar çox önəmli məsələlədir”.

Davamı

Bakı İrana körpü tikir, 500 milyon kredit verirsə… – Politoloq

Türkiyənin Azərbaycana olan münasibətinin eynisini İrandan tələb etməyə haqqımız var.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, Azərbaycan indiki dönəmdə İranla daha çox ticarət əlaqələrini inkişaf etdirməlidir:

“Azərbaycan İran üçün çox böyük həyati əhəmiyyətə malik olacaq Şimal-Cənub dəmir yolu layihəsinin reallaşmasına böyük köməklik göstərir. Hətta Astara çayı üzərində körpü ortaq tikilməli olduğu halda, Azərbaycan bu işi təkbaşına yerinə yetirdi və 40 milyon dollardan çox vəsait xərclədi. İndi isə Bakı İrana çox cuzi faizlə yarım milyard dollar vəsait verir ki, Tehran Astara-Rəşt dəmir yolunun inşasını sürətlə başa çatdırsın. Bütün bunlar çox önəmli m

Davamı

Azərbaycanda çörəklə bağlı qorxunc reallıq: Milyonlarla ton israf çörək bizə belə yedizdirilir – ÖZƏL

2016-cı ildə Azərbaycanda 1 milyon 210 min ton çörək və çörək-bulka məmulatları istehsal olunub. Bu isə 2015-ci ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə 12 min ton çoxdur. Çörək-bulka məhsullarının pərakəndə satışı isə 2016-cı ildə 4,57 faiz və yaxud 55 min 297 ton təşkil edib.

Əldə olunan rəqəmlərin müqayisəli təhlili göstərir ki, 2016-ci ildə Azərbaycanda 95.43 faiz və yaxud 1 milyon 154 min 703 ton çörək-bulka məhsulları israf olunub.

Məlumatı Cebhe.info-nun sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsi verib.

Komitə son 11 ildə Azərbaycanda istehsal olunan çörək və çörək-bulka məmulatlarının istehsal həcmini də açıqlayıb.

Davamı

Türk ordusu imkansızı bacardı: Yüksək dəqiqliklə…

Dinamik hədəflərin top və ya raket zərbəsi ilə məhv edilməsinin çətinliyinə baxmayaraq, türk artilleriyası Afrində hədəfləri yüksək dəqiqliklə məhv edib.

Türkiyəli ekspertlər ötən gün Afrində terrorçulara yardıma gedən avtomobil karvanına endirilən artilleriya zərbəsinin dəqiqlik əmsalına diqqət çəkib.

Artilleriyanın düşmənin dinamik hədəflərini yüksək dəqiqliklə məhv etməsi ekspertlər tərəfindən imkansızı bacarmaq kimi təqdim edilib.

Qeyd edək ki, TSQ ötən gün Afrin istiqamətində hərəkət edən və terrorçulara silah və ləvazimat dəstəyi aparan maşın karvanına artilleriya zərbəsi endirmiş, təşvişə düşən terrorçular geri çəkilmişdi.   /Axar.az /

Davamı