“Bakı Forumu unikal imkandır” – CNN-in aparıcısı

“Qlobal Bakı Forumu bütün dünyadan və regiondan olan insanların bir araya gələrək problemləri müzakirə etməsi üçün unikal imkandır”.

Diasporla İş üzrə Dövlət Komitəsindən  verilən məlumata görə. bu fikirləri tanınmış amerikalı politoloq və jurnalist Farid Zakariya bildirib. Farid Zakariya əlavə edib ki, bu cür şəxsi iştirak, dialoq və əməkdaşlıq vasitəsilə biz tez bir zamanda daha mürəkkəb vəziyyətə gələn dünyanın problemlərini yoluna qoya bilərik.

Qeyd edək ki, Beynəlxalq münasibətlər üzrə ekspert olan Farid Zakariya V Qlobal Bakı Forumunun “Transatlantik əlaqələrin gələcəyi: Real siyasətə qayıdış” adlı paneldə çıxış edəcək. Panel müzakirələrdə Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev, İsrailin sabiq baş naziri Ehud Barak, Latviyanın eks-prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqanın çıxışları nəzərdə tutulub.

Xatırladaq ki, Hindistanda dünyaya gələn və ABŞ-da fəaliyyət göstərən müsəlman əsilli Farid Zakariya beynəlxalq münasibətlərə dair bir neçə kitabın müəllifidir. O, CNN telekanalının aparıcısı və həftəlik “Newsweek International” nəşrinin redaktorudur.

V Qlobal Bakı Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 16-17-də keçiriləcək.