İranda etiraz aksiyaları PİK HƏDDƏ – İstefa tələbi

İran yeni bir etiraz dalğası ilə qarşı-qarşıya qalıb. Ölkədə iqtisadi böhran səbəbilə baş qaldıran etiraz aksiyaları davam edərkən parlament prezident Həsən Ruhaniyə xəbərdalıq edib.

Parlament iqtisadiyyatdakı mənfi gedişatın məsuliyyətini daşıyan şəxslərin istefasını tələb edib.

İranın dini lideri Ayətullah Xamenei əvvəlki gün parlamentdən iqtisadiyyatdakı problemlərlə bağlı hərəkətə keçməsini istəmişdi.

Digər tərəfdən, İran ABŞ-ın nüvə razılaşmasından imtina edib sanksiyaları artırmasından sonra nüvə proqramını yenidən canlandırıb. İran nüvə proqramı çərçivəsində İsfahanda Uran Hekzaflorid (UF6) İstehsal müəssisəsi açıb. Müəssisə dini lider Ayətullah Xameneinin uranın zənginləşdirilməsi potensialını artırmaq təlimatından sonra istifadəyə verilib.  /Publika.az/