Gürcüstanın hazırkı prezidentindən müxalifətin mitinqinə gözlənilməz dəstək

“Gürcüstanda müxalifətin mitinqi demokratik proseslərin və xalqın seçki pozuntusuna qarşı reaksiyasının göstəricisidir”.

Bunu BBC-nin Rusiya Xidmətinə müsahibəsində Gürcüstan Prezidenti Georgi Marqvelaşvili deyib.

“Seçkidəki situasiya ən yaxşı hal deyildi. Çoxlu pozuntular oldu ki, xalq da buna indi öz neqativ münasibətini göstərir. Mitinq demokratik prosesdir” – deyə o, bildirib/Axar.az.

Qeyd edək ki, bu gün Tiflisdə müxalifət tərəfdarları seçkinin nəticələrinə etiraz olaraq aksiyalara başlayıb. Mərkəzdə yollar bağlanıb, müxaliflər prezident seçkiləırinin nəticələrini tanımamaqla bərabər, növbədənkənar parlament seckiləri tələb edirlər.