Neft Fondu dekabrda 677,1 milyon dollar satıb

Dövlət Neft Fondu (SOFAZ) valyuta satışı ilə bağlı açıqlama yayıb.

Fondun mətbuat xidmətindən Reportyor.az -a verilən məlumata görə, Dövlət Neft Fondu tərəfindən 2018-ci ilin dekabr ayı ərzində 677,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Qeyd edək ki, SOFAZ tərəfindən 2018-ci ilin noyabr ayı ərzində 654,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb.